...

Mərkəzi Bankın valyuta ehtiyatları artıb - 5,4 faiz

Maliyyə Materials 10 Yanvar 2019 16:08 (UTC +04:00)
Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 5 622,5 milyon dollara bərabər olub.
Mərkəzi Bankın valyuta ehtiyatları artıb - 5,4 faiz

Bakı. Taleh Mursaqulov - Trend:

2018-ci il dekabrın sonuna Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar (5,4 faiz) artaraq 5 622,5 milyon dollara bərabər olub.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın statistik hesabatında deyilir.

Dekabr ayı ərzində valyuta ehtiyatları 31,6 milyon dollar artıb.

Xatırladaq ki, 2017-ci ildə Mərəzi Bankın valyuta ehtiyatları 1,36 milyard və ya 34,2 faiz artmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti