...

Standard & Poor’s PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib

Maliyyə Materials 18 Yanvar 2019 17:48 (UTC +04:00)
Standard & Poor's beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib.
Standard & Poor’s PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib

Bakı. Trend:

Standard & Poor's beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib.

Bankdan Trend-ə verilən məlumata görə, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") «ВВ-» səviyyəsində, qısamüddətli EDR - "B" səviyyəsində təsdiq olunub.

Reytinqin təsdiqi, korporativ kreditləşmə seqmentində PAŞA Bankın bazar payının, oxşar maliyyə institutları ilə müqayisədə coğrafi diversifikasiya göstəricilərinin, bank aktivlərinin keyfiyyətinin və digər əsas göstəricilərin qiymətləndirilməsinə əsaslanır.

PAŞA Bank İdarə Heyətinin sədri Taleh Kazimov qeyd edib ki, "Standard & Poor's" agentliyi tərəfindən yüksək reytinqin növbəti dəfə təsdiqlənməsi Bankın beynəlxalq ekspertlər icması arasında Azərbaycanın aparıcı maliyyə qurumlarından biri kimi qəbul edildiyini bir daha sübuta yetirir.

"Ekspertlər təkcə Bankın stabilliyini və güclü bazar mövqeyini deyil, həmçinin, Paşa Bankın Azərbaycan, Türkiyə və Gürcüstanda işgüzar coğrafiyasının keyfiyyət dərəcəsinin genişlənməsini bir daha təsdiq etdilər. Bütün bunlar mövqeyimizin regional korporativ investisiya bankı və real sektorun etibarlı tərəfdaş qismində güclənməsinə imkan verir". - deyərək T.Kazımov nitqini yekunlaşdırıb.

Qeyd edək ki, bu reytinq Azərbaycanın 100% yerli kapitallı bütün özəl banklar arasında əldə edilən ən yüksək reytinqlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti