...

Bank VTB (Azərbaycan) ADA Universitetinin layihəsində iştirak edib (FOTO)

Maliyyə Materials 17 May 2019 19:23 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ADA Universitetinin «Capstone project» layihəsində iştirak edib.
Bank VTB (Azərbaycan) ADA Universitetinin layihəsində iştirak edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bank VTB (Azərbaycan) ADA Universitetinin «Capstone project» layihəsində iştirak edib.

Bank VTB-dən (Azərbaycan) Trend-ə verilən məlumata görə, Bankın əməkdaşlarının rəhbərliyi altında tələbələr ticari maliyyələşmə imkanlarını araşdırıb.

3 ay ərzində akademiyanın tələbələri VTB-nin (Azərbaycan) nümayəndələri ilə birgə ixrac sahəsində bankın inkişaf perspektivlərini, eləcə də ticari maliyyələşmə portfelinin diversifikasiya imkanlarını qiymətləndirib. Tədqiqat işinin nəticələrini VTB-nin (Azərbaycan) əməkdaşları və akademiyanın professorları qiymətləndirib. Layihənin yekunu nəticəsində bank tələbələrə sertifikat və həvəsləndirici hədiyyələr təqdim edib.

“Belə layihələr həm tələbə, həm də işəgötürənlər üçün çox vacibdir. Bu layihələr çərçivəsində məzunlar müəyyən sahə üzrə təcrübə əldə edir. Biz ölkənin əsas ali təhsil müəssisələri ilə fəal şəkildə çalışırıq, tələbələrə təlim keçirir və onları gələcəkdə işə qəbul imkanı verən təcrübə keçməyə dəvət edirik” - deyə, bank VTB-nin (Azərbaycan) İnsan resursları idarəsinin rəisi Asiya Haqverdiyeva bildirib.

Capstone project – müəyyən mövzu üzrə tələbələrin biliklərinin praktiki tətbiqini nəzərdə tutan ADA Universitetinin layihəsidir. Layihə diplom işinin alternativi hesab olunur. Hər il layihəyə iri şirkət və təşkilatlar dəstək olur. Şirkət nümayəndələrinin köməkliyi ilə məzunlar müxtəlif mövzuları tədqiq edir və onların nəticəsində konkret təkliflər hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti