Bank VTB-nin şöbə müdiri kreditlərin yenidən maliyyələşdirilməsi məhsulu barədə danışıb

Bank VTB-nin şöbə müdiri kreditlərin yenidən maliyyələşdirilməsi məhsulu barədə danışıb

Bakı. Trend:

Bank VTB (Azərbaycan)ın Satışların inzibatçılığı və şəbəkənin inkişafı şöbəsinin müdiri Elmar İbrahimovun kreditlərin yenidən maliyyələşdirilməsi məhsulu barədə müsahibəsini təqdim edirik.

- Kreditlərin yenidən maliyyələşdirilməsi məhsulunun digər kredit məhsullarından fərqi nədir?

- “Refinans” krediti müəyyən məqsəd – mövcud olan çoxsaylı kreditləri daha sərfəli şərtlərlə bir kreditdə birləşdirmək üçün verilir. Bəzi hallarda bir neçə krediti olan şəxs borc üzrə öhdəliyini yerinə yetirməkdə çətinliklə üzləşir. Bura ödənişlərin müxtəlif vaxtlarda olması, kredit üzrə yüksək aylıq ödənişlər və s. məsələlər daxildir. Məhz, elə bu zaman, bir neçə kreditin yenidən maliyyələşdirilməsi üçün müraciət etmək, bununla da kredit üzrə faiz dərəcəsini və borc yükünü azaltmaq olar.

- Bank VTB (Azərbaycan)da “Refinans” yenidən maliyyələşmə krediti hansı şərtlərlə həyata keçirilir?

- Bank VTB (Azərbaycan) müştərilərə kreditlərin yenidən maliyyələşdirilməsi üzrə sərfəli şərtlər təklif edir. Kredit milli valyutada 12 aydan 48 ayadək verilir. Kreditin məbləği 1000-15 000 manat təşkil edir, faiz dərəcəsi illik 18%-dir və kreditin müddətindən asılı olaraq dəyişə bilər.

- Bank VTB (Azərbaycan)ın təklif etdiyi “Refinans” kreditinin üstünlükləri hansılardır?

- Məhsulumuzun əsas üstünlüyü digər banklardakı borcları bağlamaq üçün ayrılan vəsaitlə yanaşı, əlavə nağd vəsaitin də verilməsidir. Belə ki, müştəri həm müxtəlif banklarda mövcud olan kreditlərini bağlayır, həm öz cari maliyyə ehtiyaclarını ödəmək üçün müəyyən məbləğdə vəsait əldə edir. Bu vəsaitin maksimal məbləği yenidən maliyyələşən kreditin ilkin məbləğinin 30%-ə bərabərdir. Burada müştərinin gəliri və onun ödəniş qabiliyyətliyi nəzərə alınır. Bank VTB (Azərbaycan)-ın ”Refinans” kreditinin üstünlüklərinə kredit üzrə komissiya və sığorta üzrə xərclərin olmaması da aiddir. Bundan başqa, bütün kreditləri birləşdirib bir banka keçirtmək müştəri üçün daha rahatdır – ay ərzində müxtəlif kredit təşkilatlarında bir neçə kredit üzrə ödəniş etməyə ehtiyac olmur.

- Kreditin yenidən maliyyələşdirilməsi üçün əsas tələblər nədir?

- İlk növbədə, müştərinin ən azı 6 aylıq cari krediti, həmçinin müsbət kredit tarixçəsi olmalıdır. Başqa sözlə, kreditlərin ödənişi üzrə gecikmələr olmamalıdır. Yenidən maliyyələşdirmə yalnız girovsuz nağd kreditlərə aid edilir. Bu məhsul kredit kartları üzrə borclara şamil olunmur.

- Yenidən maliyyələşmə prosesi necə aparılır?

- Bu prosesi 2 mərhələyə ayırmaq olar: Birinci mərhələdə, cari kreditlərin bağlanması üçün nəzərdə tutulan vəsait borcalanın hesabından digər banklarda olan hesablara köçürülür. Bu halda, köçürmə üzrə komissiya bankın tariflərinə əsasən tutulur. İkinci mərhələdə, müştəri kreditlər üzrə ödənişin olunduğunu təsdiq edən sənədi bankımıza təqdim edir. Bu sənəd qismində kreditin tam ödənişini əks etdirən qəbz və ya hesabdan çıxarış, kredit borcunun olmadığına dair arayış və digər sənədlər çıxış edə bilər. Borcalan bankımız tərəfindən ilkin vəsait ayrılan gündən 30 iş günü ərzində kreditlərin ödənişi haqqında sənədi banka təqdim etməlidir. Bundan sonra cari borclardan əlavə ayrılan vəsait müştəriyə verilir.

- Kreditin məbləği necə hesablanır?

- Fərz edək ki, müştərinin müxtəlif banklarda ilkin məbləği 1000 və 1500 manat olan 2 krediti var. O, altı aydan çoxdur ki, hər bir kredit üzrə aylıq ödəniş edir, amma müəyyən bir vəziyyətdə cari kreditlərini yenidən maliyyələşdirməklə borclarını azaltmaq qərarına gəlir. Müştərinin VTB (Azərbaycan)-a müraciəti zamanı bank Kredit bürosundan alınan çıxarış vasitəsilə borcalanın cari borcları üzrə qalığı müəyyən edir.

Fərz edək ki, yenidən maliyyələşmə üçün müraciət zamanı birinci kredit üzrə borc 620 manat, ikinci kredit üzrə - 750 manat təşkil edir.

Kredit bu şəkildə hesablanacaq:

1000 manat (kreditin ilkin məbləği) + 30% (borcdan əlavə vəsait) = 1 300 manat (kreditin maksimal məbləği).

1500 manat (kreditin ilkin məbləği) + 30% (borcdan əlavə vəsait) = 1 950 manat (kreditin maksimal məbləği).

Beləliklə, müştəriyə ayrılan kreditin maksimal məbləği 3250 manat təşkil edir (müştərinin gəlirləri bu borc üzrə öhdəliyə uyğun olduğu halda).

Bu məbləğdən birinci tranşla cari kreditlərin bağlanması üçün 1370 manat (620+750 manat) vəsait ayrılır. Cari kreditlərin ödənildiyini təsdiqləyən sənəd banka təqdim olunduqdan sonra müştəriyə ikinci tranşla 1880 manat (3250-1370 manat) məbləğində yenidən maliyyələşən kredit borcundan əlavə pul vəsaiti verilir.

Beləliklə, müştəri digər banklardakı borclarını bağlayır, aylıq ödənişi azaldır, eləcə də öz cari maliyyə ehtiyaclarını ödəmək üçün əlavə vəsait eldə edir.

XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
Azərbaycanın şəhid əsgəri dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanın şəhid əsgəri dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Loading Bars
Xəbər lenti
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib (FOTO)
Çində koronavirus qurbanlarının sayı 2715-ə çatıb
Azərbaycanın bank sektorunun kapitallaşması artıb
Türkiyədə güclü zəlzələ baş verib
Disney-in yeni rəhbəri təyin edilib
Türkiyə-İran sərhədində yenidən zəlzələ baş verib
Gənc atletimiz “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb
ABŞ Çin, İraq, Rusiya və Türkiyənin 13 vətəndaşına və şirkətinə sanksiya tətbiq edib
Bakıda yaşayış binasında yanğın olub
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir (FOTO)
XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
Bakıda qadın meyiti tapılıb
Suriyada sutka ərzində ikinci partlayış baş verib
AMEA-dakı veteran alimlərin sayı açıqlandı
Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi
Parlament seçkiləri Azərbaycan tarixində mühüm bir hadisə oldu – Məzahir Pənahov
Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoyub
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm
Türkiyə Prezidenti: Biz Azərbaycanın uğurları ilə fəxr edirik
Prezident İlham Əliyev: Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək
BŞBPİ-də Xocalı qurbanları yad edildi (FOTO)
Prezident İlham Əliyev: Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub
Dövlət Komitəsində “Xocalı - bu olub” tamaşasının nümayişi keçirilib (FOTO)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb (FOTO)
Bir sıra seçki məntəqələrində nəticələr ləğv edilib
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)
87 məntəqə seçki komissiyası buraxıldı
Azərbaycan BMT İnsan Hüquqları Şurasının iclasında təmsil olunur (FOTO)
MSK parlament seçkilərinin ümumi yekunlarına dair protokolun tərtibinə başlayıb
Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb
Daha iki məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib (FOTO)
MSK lider namizədin müraciətini təmin etmədi
Nərimanov Birinci Seçki Dairəsində 10 məntəqədə nəticələr ləğv edilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar videoçarx yerləşdirilib (VİDEO)
Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)
İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb (FOTO)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb
Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib
Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri nəzarətə götürüb
Azərbaycan-Türkiyə sənədləri imzalanıb (FOTO) (YENİLƏNİB)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb
Bu gün ən güclü külək Naftalan və Gəncədə əsib
İlk Novruz hədiyyəniz "Azercell"dən olsun!
MSK daha 2 məntəqədə seçkilərin nəticələrini ləğv edib
İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olunub
Sumqayıtda süngər sexi yanıb - Xəsarət alan var
Memarlıq və İnşaat Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib (FOTO)
MSK daha 9 məntəqədə nəticələri etibarsız saydı
Fevralın 26-na manatın məzənnəsi
MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv edib
Si Cinpin Prezident İlham Əliyevə təşəkkür edib
Bakıda ağac kəsən şirkət cəzalandırıldı
MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı
Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı
Binəqədidə mənzildən qadın meyiti tapılıb
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib (YENİLƏNİB)
MSK parlament seçkilərinə yekun vurulması məsələsinə baxır
Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət”lə bağlı fərman imzalayıb
İranın cənubunda zəlzələ oldu
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu - Hindistanda
Aİİ-nin Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər (FOTO)
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
AZAL xidmət sahəsində yeni texnologiyaya keçib (FOTO)
İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Assosiasiya rəhbəri: Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir
Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır
Gəncədə qadının bahalı boyunbağısını oğurlayan şəxslər saxlanılıb (FOTO)
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
Dövlət Gömrük Komitəsinin sədri və müavini vətəndaşları qəbul edəcəklər
Sahil Babayev İctimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Global Energy Solutions şirkəti BP-dən təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır (FOTO)
Hüsnü Mübarək vəfat etdi
Nutrisioloq - diyetoloq kimdir?
PAŞA Bank əməkhaqqı kart sahiblərinə xüsüsi təklif
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
BSU-da Xocalı soyqırımına həsr olunmuş geniş tədbir keçirilib (FOTO)
Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı
Xocalı soyqırımının dünyada tanınması üçün bütün tədbirlər görüləcək - Tural Gəncəliyev
Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
Daha 4 nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO)
Ağsuda idarə rəisi işdən çıxarıldı - SƏBƏBİ açıqlandı
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib
Azərbaycanla İranla sərhədə mobil səyyar hospital göndərdi (FOTO)
İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)
AzTV Novruz bayramı üçün telelayihə hazırlayır (VİDEO)
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Rabitəbankdan “Made in Azerbaijan” brendinə dəstək! (FOTO)
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edildi (FOTO)
Bütün xəbərlər