...

ABŞ Almaniyadakı hərbçilərinin sayını azalda bilər

Maliyyə Materials 16 İyun 2020 03:48 (UTC +04:00)
ABŞ Almaniyadakı hərbçilərinin sayını azalda bilər

Bakı. Trend:

ABŞ Almaniyadakı hərbi kontingentinin sayını 25 min nəfərə qədər azaltmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Donald Trump Ağ Evdə "dairəvi masa" görüşü zamanı bildirib.

Qərarın səbəbi Almaniyanın amerikan hərbçilərinin yerləşdirilməsinə görə ödəmələri etməməsidir.

"Almaniya siz bildiyiniz kimi NATO-ya ödəmələr öhdəliklərini yerinə yetirmir. Onlar NATO-ya milyardlar borcludurlar və bunu gözəl bilirlər", - ABŞ prezidenti deyib.

Prezident, Almaniyadakı ABŞ hərbçilərinin sayının Berlinin onların yerləşdirilməsi üçün hesabları ödəmədiyi təqdirdə 25 minə endiriləcəyini bildirib. Hazırda Almaniyada təxminən 34,5 minlik ABŞ kontingenti saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti