...

Standard & Poor's agentliyi Kapital Bankın reytinqini təsdiqlədi

Maliyyə Materials 16 İyun 2020 11:08 (UTC +04:00)
Standard & Poor's agentliyi Kapital Bankın reytinqini təsdiqlədi

Bakı. Trend:

Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bankın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib.

Kapital Bankdan Trend-ə verilən məlumata görə, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentliyin fikrincə, Kapital Bank növbəti il ərzində kifayət qədər likvidlik ehtiyatları, adekvat kapitallaşma səviyyəsi və stabil depozit portfeli sayəsində COVID-19 pandemiyası və neft qiymətinin düşməsi səbəbidnəd dünyada yaşanan iqtisadi tənəzzül şəraitinə bənzər yerli və xarici banklara nisbətən daha effektiv müqavimət göstərə biləcək. Həmçinin, Kapital Bank-ın risk və kapital mövqeyinin daha güclü olduğu söylənilir.

Hesabatda qeyd olunur ki, 2020-2021-ci illər üçün Kapital Bank-ın kredit və depozit portfelində 10% -15% səviyyəsində illik artım gözlənilir ki, bu da proqnozlardan təxminən 5%-10% yüksəkdir. Qlobal iqtisadi artımın ləngiməsi dövründə Bank diqqətini rəqəmsallaşma və müştəri xidmətinin yaxşılaşdırılması sahəsinə yönəldəcəyi də vurğulanıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti