Bakı. Trend:
Dövlət bankı Azər Türk Bankın 01 aprel 2021-ci il tarixinə aktivləri 331 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 162 milyon manat təşkil etmişdir.
Birinci rübdə Bank 520 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 28% çoxdur.
Məcmu kapitalın həcmi 50 207 min manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 32% təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfə yüksəkdir.
Cəmi bank öhdəliklərinin həcmi 274 milyon manat təşkil etmişdir.
Bank 159,9 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 74 milyon manatı əhalinin əmanətləridir.
Bankın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% artaraq, 95 915 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.