Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir - Vüsal Qasımlı

Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir - Vüsal Qasımlı

Bakı. Trend:

Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir .

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında bərpa prosesi sürətlənsə də, borc problemi, maliyyə bazarlarında dalğalanmalar və inflyasiya kimi narahatlıqlar var: “Bank of America-nın sorğuları göstərir ki, investorlar bazarlarda 37 faiz təhdidi inflyasiyanın sürətlənməsindən və 33 faiz isə FED-in monetar siyasəti sərtləşdirməsindən sonra bazarlarda mümkün isterikada görürlər. FAO-nun Ərzaq Qiyməti İndeksi bu ilin mayında ötən illə müqayisədə 39,7 faiz yüksəkdir. Ərzaq səbətini təşkil edən bitki yağı, taxıl, şəkər, ət və süd də dünya bazarlarında bahalaşır. Enerji qiymətləri də yüksəlməkdə davam edir. Azərbaycanın ixracında enerji və ərzaq məhsulları üstünlük təşkil etdiyindən, bu məhsulların qiymətinin bahalaşması ixrac gəlirlərini artırır. Məsələn, bu ilin ilk dörd ayında müqayisəli qiymətlərlə Azərbaycanın ixracı 8,3 faiz azalsa da, faktiki qiymətlərlə 25,1 faiz artıb. Yəni bizim ixracın fiziki həcminin azalmasına rəğmən, ixrac məhsullarının bahalaşmasına görə dəyəri artıb. Eyni şəkildə qeyri-neft ixracı müqayisəli qiymətlərlə 10,7 faiz, amma faktiki qiymətlərlə 27 faiz artıb. Maraqlıdır ki, Azərbaycanın idxal etdiyi məhsulların da qiyməti bahalaşıb. Məsələn, biz bu ilin ilk dörd ayında 18,9 faiz az idxal etsək də, faktiki qiymətlərlə idxal 4,3 faiz artıb.

Hesablamalar göstərir ki, Azərbaycanda ixrac məhsulları, idxal məhsularına nisbətən daha çox bahalaşıb ki, bu da cari əməliyyatlar hesabına müsbət təsir göstərir. Bu həm də manatın real effektiv məzənnəsinin yüksəlməsinə təsir deməkdir.” V.Qasımlı bildirib ki, illik təqribən 10 milyard dollarlıq idxal həyata keçirən Azərbaycan üçün dünya bazarlarında inflyasiya diqqəti daha çox cəlb edir: “Mərkəzi Bankın məlumatına əsasən, qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artıb mayda 4,9 faizə çatmaqla hədəf dəhlizində olmuşdur. Azərbaycanda cari əməliyyatlar hesabının bu ilin ilk rübündə ÜDM-in 5,6 faizi səviyyəsində yaranmış profisiti, ikirəqəmli artan qeyri-neft ixracı və 70 dolları aşan neft qiymətləri, habelə qaz ixracının böyüməsi hesabına yerli bazarda valyuta tələbi lazımi səviyyədə ödənilir. Eyni zamanda dövlət büdcəsinin profisiti bu ilin 5 ayında 368,9 milyon manata, və ya büdcə xərclərinin 4 faizinə çatıb. Beləliklə, cari əməliyyatlar hesabı və dövlət büdcəsinin eyni vaxtda yaranmış profisiti - manatın məzənnəsini saxlamaqla, inflyasiyanı da cilovlayır.

Azərbaycanda dövlət və özəl sektorun, habelə bank sektorunun aşağı hədlərdə xarici borcunun olması da manata təzyiq imkanı vermir. Əhalinin əmanətlərinin ilk dörd ayda 7,7 faiz artması və qeyri-nəqd dövriyyənin böyüməsi də manatın məzənnəsi və qiymətlərin sabitliyi üçün arqumentlər sayıla bilər. Hələlik iqtisadi artımın kövrək bərpası da inflyasiya təzyiqi yaratmaqdan uzaqdır.”

V.Qasımlı hesab edir ki, neftin qiymətlərinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini də artırır: “Ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb, bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb. Hazırkı qiymət proqnozdan iki dəfəyə yaxın yüksəkdir ki, bu da dövlət büdcəsinin, SOFAZ-ın və SOCAR-ın gəlirlərini artırır. Dünya iqtisadiyyatının bərpası sürətləndikcə enerji daşıyıcılarına tələb artır ki, bu da əsas ixrac məhsulu olan neftin qiymətinə müsbət təsir göstərir.”

V.Qasımlı bildirib ki, dünyada şirkətlərin kapitallaşmasının ÜDM-ə nisbətini ifadə edən Baffet əmsalı ən yüksək həddə çatıb və maliyyə “köpük”lərinin olmasını göstərir: “Səhmin qiymətinin mənfəətə olan nisbətini ifadə edən CAPE indeksinin yüksəlməsi də bazarlarda hərarətin artdığını bildirir. Bazarlarda potensial riski göstərən “qara qu quşu indeksi”nin yuxarı və volatilliyi ifadə edən “qorxu indeksi”nin (VİX) aşağıda qərar tutması ilə bu iki indeks arasında fərqin ən yüksək həddə çatması da narahatlıq doğurur. Belə vəziyyətdə Azərbaycan investorları da dünya maliyyə bazarlarında olan vəziyyətə uyğun portfellərini optimallaşdırmalıdırlar.”

V.Qasımlının sözlərinə görə, bütövlükdə dünya iqtisadiyyatının bərpası onun ahəngdar hissəsi olan Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərir: “Əgər sual olsaydı ki, “indi iqtisadiyyat üçün baş rəqəmsal direktor (chief digital officer (CDO)) kimdir?” birmənalı cavab “koronavirus” olardı. COVİD-19 pandemiyası rəqəmsal transformasiyanı sürətləndirdi. Gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu yaratmaqdır. Dünya iqtisadiyyatı üçün bir neçə trendi qeyd edə bilərik. Dünya iqtisadiyyatı məhsul və sahə əsaslı yanaşmadan müştəri və ya insan əsaslı yanaşmaya keçir. Yeni “norma”lardan biri də ondan ibarətdir ki, dövlətin rolu böhrandan əvvəlki həddə qayıtmayacaq və daha da güclənəcək. Virtual və real dünyanın yaxınlaşması, xidmətlərin rəqəmsallaşması, xüsusən təhsil və səhiyyə sahəsində dərin transformasiya proqnozlaşdırılır. Texnologiyanın ən əsas komponenti insan kapitalı əsas drayver rolunu qoruyacaqdır. Dövlət və biznes innovasiya mədəniyyətinə keçir. İnnovasiya mədəniyyətinin məğzi ondan ibarətdir ki, komandada hamıdan innovativ təklif gözləmək və səhvlərdən nəticə çıxarıb irəli getmək lazımdır. Texno-kommunizm fəlsəfi-futuroloji konsepsiya olub eqalitar cəmiyyətə keçidi nəzərdə tutur və qəbul edilir ki, insanların istifadə etdiyi elmi və texnoloji nailiyyətlər bütün cəmiyyətə aiddir. Azərbaycan məhz post-covid arxitekturanı müəyyənləşdirən trendləri nəzərə almaqla Prezident İlham Əliyevin müəyyənləşdirdiyi milli prioritetlər əsasında iqtisadi inkişafı təmin edə bilər.”

Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA
Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA
Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir - Sədr
Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir - Sədr
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!
Loading Bars
Xəbər lenti
Bakıda 2 otaqlı mənzil yanıb
"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb
Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu
Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA
Bezos dünyanın ən varlı insanı statusunu itirdi
Tokio Olimpiadasında koronavirusa yeni yoluxma halları qeydə alınıb
İsrail polisi ilə toqquşmalarda 270 fələstinli xəsarət alıb
Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular
İraqda neft emalı müəssisəsi raket hücumuna məruz qalıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 16 mini ötüb
İraqda silahlı hücum nəticəsində 7 nəfər ölüb
Peruda 6,2 bal gücündə zəlzələ olub
Azərbaycan yanğınsöndürənləri Türkiyəyə çatıblar (FOTO)
Berlində atışma olub, 4 nəfər yaralanıb
Türkiyədə son sutkada koronavirusdan 5 752 nəfər sağalıb
Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir - Sədr
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Ərəb koalisiyası husilərin PUA-sını məhv edib
Türkiyədə 81 meşə yanğınından 70-i lokallaşdırlıb
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!
Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü
Güləşçilərimiz Tokioda məşqlərə başladı
USAID Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş dəyirmi masa təşkil edib (FOTO)
Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır - Ərdoğan
CBC teleradio şirkətində kadr islahatları aparılıb
Azərbaycanın dünya ölkələrinə peyk telekommunikasiya xidmətlərinin dəyəri məlum olub
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
AHİK İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət qəbul edib
Ceyhun Bayramov ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb (FOTO)
Ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub - Fərəh Əliyeva
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib (FOTO)
Yoxlama zamanı 693,5 min manat artıq və əsassız ödənişlər aşkar edilib
Saatlı sakinindən "patı" götürülüb
Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır - Sahibə Qafarova
76 vəzifəli şəxs 54,4 min manat məbləğində cərimələnib
Dənizdə batan şəxsin meyiti tapılıb
Azərbaycan güləşçiləri Tokioda məşqlərə başlayıblar
ADU-nun Konfutsi İnstitutunda Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib (FOTO)
ADA Universiteti və “Təmiz Şəhər” ASC şagirdlər üçün “Yay məktəbi” təşkil edib (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Diaspor Komitəsində olub
FHN-in dəstək qüvvələri Türkiyəyə yola salınıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Fransız jurnalistlər Qarabağda ermənilərin törətdikləri vandalizmdən dəhşətə gəliblər (FOTO)
Azərbaycan parlamenti ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
TuranBank “YAŞAT” düşərgəsinə dəstək oldu (FOTO)
“Nar Wi-Fi” ilə sən harada, internet orada!
Dövlət Maliyyə Nəzarəti Xidməti I yarımil üzrə aparılan yoxlamalara dair hesabat yayıb
Tibbi tullantılar və onların daşınması sahəsində ciddi problem var - Yaqut Qarayeva
Hesab.az-dan Visa kart sahiblərinə özəl kampaniya uğurla yekunlaşdı!
“PAŞA Həyat” 2021-ci il üzrə II rübün maliyyə nəticələrini açıqladı
Avqustun 2-nə USD/AZN rəsmi məzənnəsi
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib (FOTO)
Deputat Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı cinayət işi açılıb
"Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır - Yaqut Qarayeva
İstanbulda meşə sahələrinə giriş qadağan edildi
Məişət tullantılarının idarə edilməsində köklü dəyişikliklərə ehtiyac var - Hikmət Əlizadə
Ağdam rayonunun Şuraabad kəndi (VİDEO)
Ən yeni tarixin yeni romanı
Türkiyədə yanğınlar, son vəziyyət, Azərbaycanın qardaş ölkəyə dəstəyi - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gəncə sakinlərindən “patı” götürülüb (FOTO)
Şuşanın Baş planının detalları açıqlanıb
“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 668 nəfər COVID-19-a yoluxub, 178 nəfər sağalıb
Masallıda gecə saatlarında avtoxuliqanlıq edən şəxs həbs edilib (FOTO)
Narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb (FOTO/VİDEO)
Vətən müharibəsində yaralanmış 1053 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib
"YAŞAT" düşərgəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib (FOTO)
ADNSU-nun rektoru Strasburq universitetində təhsillərini davam etdirəcək tələbələrlə görüşüb (FOTO)
Taleh Tahirli: Məsafədən satış potensialımızla çox iddialıyıq
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür etdi
Vüqar Səfərlinin məhkəməsi təxirə salınıb
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyə xalqının kədəri bizim kədərimizdir (FOTO)
Saatlıda iki toy məclisində pandemiya qaydalarının pozulduğu aşkarlanıb (FOTO)
Gömrükdən külli miqdarda zinət əşyası keçirmək istəyən şəxs saxlanılıb
İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM
Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO)
Ən qısa zamanda qüvvələr Türkiyəyə yola düşəcək - FHN
Tokio-2020: Azərbaycan boksçusu yarımfinalda
“AccessBank” tender elan edir
Samuxda fermada 31 yaşlı kişini öldürən şəxs tutulub
Xarici vətəndaşların bank kartları ilə Azərbaycanda xərclədiyi pulun məbləği məlum olub
İranda ötən sutka 270 nəfər koronavirusdan ölüb
General Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dövlət Neft Fondu hərraclarının 87 faizində təklif tələbi üstələyib - Elman Rüstəmov
Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb
Azərbaycanda pul bazası 5,6 faiz artıb - Mərkəzi Bank
Xaçmazda şadlıq evində qayda pozuntusu aşkarlanıb
Strateji valyuta ehtiyatlarımız ölkəmizin iqtisadi təhlükəsizliyi üçün güclü zəmin yaradır - Deputat
Xarici şirkətlər Azərbaycandan ən çox bu məhsulları sifariş edir
Xaçmazda qadını öldürən şəxs tutulub
İşğaldan azad edilmiş nə qədər ərazi minalardan təmizlənib?
Əcnəbidən 7 kiloqramdan artıq heroin alan narkotacir saxlanıldı (FOTO/VİDEO)
Tokio-2020: Azərbaycana ilk medalı qadın idmançımız qazandırdı
Ali təhsilin əsas missiyası - DƏYƏR
Azərbaycanda inflyasiya tempi azalıb - Elman Rüstəmov
Zəfər yolunun bu tarixdən tam istifadəyə verilməsi nəzərdə tutulur
Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dolları ötüb
Tələbələrimiz Big Idea yarışmasının qaliblərindən oldular (FOTO)
Bütün xəbərlər