Bakı. Orxan Nəbiyev - Trend:
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 20 faizədək artırıb.
Trend-in məlumatına görə, bu barədə bankın qərarında deyilir.
Qurum bu qərarı ölkə iqtisadiyyatı üçün xarici şərtlərin "əsaslı şəkildə" dəyişməsi ilə izah edib.
"Bu, maliyyə və qiymət sabitliyini qorumağa, vətəndaşların əmanətlərinin dəyər itirməsinin qarşısnı almağa imkan verəcək".
Sonuncu dəfə Rusiya Mərkəzi Bankı ölkədə uçot dərəcəsini 9,5 faizədək yüksəltmişdi.