Bakı. Trend:
Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Fintex Sammitində iştirak məqsədilə Azərbaycanda səfərdə olan Türkdilli Dövlətlərin Banklar Assosiasiyalarının rəhbər şəxsləri ilə görüşüb.
Trend-in məlumatına görə, bunu T.Kazımov tvitter səhifəsində yazıb.
Görüş zamanı müasir bank və maliyyə ekosisteminin inkişafı, innovativ həllər, rəqəmsal maliyyə texnologiyaları və təhlükəsizlik istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Türkdilli dövlətlərin maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib