Bakı. Trend:
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tədiyə balansı ilə bağlı brifinq keçirib.
Trend xəbər verir ki, brifinq çərçivəsində AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov çıxış edib.
O bildirib ki, 2024-cü ilin 1-ci yarısında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2,6 milyard ABŞ dolları təşkil edib: "Cari əməliyyatlar hesabının ÜDM-də payı 7,5 faiz təşkil edib. Neft-qaz sektorunda cari əməliyyatlar hesabının profisiti 6,9 milyard dollara çatıb, halbuki qeyri - neft sektorunda defisit isə 4,3 milyard dollar təşkil edib".
Onun sözlərinə görə, 2024-cü ilin 1-ci yarısında Azərbaycanın digər ölkələrin iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 948 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin 1-ci yarısında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3 milyard ABŞ dollar təşkil edib.
"Rusiya, cari ilin 1-ci yarısının yekunlarına görə Azərbaycana edilən pul köçürmələrində liderdir.
2024-cü ilin 1-ci yarısının yekunlarına əsasən, Azərbaycana edilən pul köçürmələri üzrə 5 lider ölkə aşağıdakılardır: Rusiya - 287 milyon dollar, Türkiyə - 83 milyon dollar, ABŞ - 30,5 milyon dollar, Gürcüstan - 17,4 milyon dollar, Böyük Britaniya - 16,1 milyon dollar", - o qeyd edib.
Onun sözlərinə görə, 2024-cü ilin 1-ci yarısının yekunlarına görə, xaricdən Azərbaycana edilən pul köçürmələrinin həcmi 567,8 milyon ABŞ dolları təşkil edib (36,35 faiz azalma).
"2024-cü ilin 1-ci yarısının yekunlarına görə, fiziki şəxslərin Azərbaycandan xarici ölkələrə etdikləri pul köçürmələrinin həcmi 259 milyon ABŞ dollar təşkil edib. illik göstərici 1,9 faiz artıb.
Cari ilin 1-ci yarısında Azərbaycanda dövlət qurumları, müəssisələr və təşkilatlar qiymətli kağızlar bazarında 491 milyon ABŞ dollar məbləğində qazanc əldə edib. Cari ilin 1-ci yarısında Azərbaycanda dövlət qurumları, müəssisələr və təşkilatlar qiymətli kağızlar bazarında 491 milyon ABŞ dollar məbləğində qazanc əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artım təşkil edir", - o vurğulayıb.