...

Azərbaycanın fond bazarı aktivləşdirilməyə ehtiyac duyur

Maliyyə Materials 19 Sentyabr 2024 14:58 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fond bazarının ÜDM-dəki payı yalnız 5% təşkil edir və o, aktivləşdirilməyə ehtiyac duyur.

Trend xəbər verir ki, bu barədə Bakı Fond Birjası QSC-nin idarə heyətinin sədri Ruslan Xəlilov mətbuat konfransında bildirib.

O, 2019-cu ildən etibarən qiymətli kağızlar vasitəsilə kapital cəlb etmədə artım müşahidə olunduğunu vurğulyıb.

"2023-cü ildə kapital həcmi 5,77 milyard manat təşkil edib, 5 il əvvəl bu rəqəm 3,6 milyard manat olub", - Xəlilov qeyd edib.

Kapital bazarı, əsasən, maliyyə sektoru (2023-cü ildə 2,66 milyard manat), istehsal sektoru (150 milyon manat), tikinti (160 milyon manat), kənd təsərrüfatı (650 milyon manat) və kommunal xidmətlər (2,15 milyard manat) ilə əhatə olunur.

Qeyd edək ki, 30 illiyini qeyd edən BFB brendini yeniləyib və 2024-2026 illəri üçün yeni inkişaf strategiyasında Azərbaycanın fond bazarını canlandırmaq üçün 7 təşəbbüsü həyata keçirməyi planlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti