...

COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın metan tullantıları ilə mübarizədə dünyaya kömək etmək imkanları var – Kimberli Harrinqton (Özəl müsahibə) (FOTO)

Yaşıl iqtisadiyyat Materials 1 Mart 2024 08:00 (UTC +04:00)
COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın metan tullantıları ilə mübarizədə dünyaya kömək etmək imkanları var – Kimberli Harrinqton (Özəl müsahibə) (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın metan tullantıları ilə mübarizədə dünyaya kömək etmək üçün böyük imkanları var.

Bu barədə Trend-ə özəl müsahibəsində Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu iclasında iştirak etmək üçün Bakıya gələn ABŞ-ın Enerji Resursları Bürosunun dövlət katibinin köməkçisinin müavini Kimberli Harrinqton deyib.

"Burada olmaq çox xoşdur. Bu, mənim Azərbaycana ilk səfərimdir. Mən sizə Enerji Ehtiyatları Bürosunun fəaliyyəti və bu nazirlərin görüşündə iştirak etmək səbəbindən bir qədər danışmaq istəyirəm. Enerji Resursları Bürosu Dövlət Departamenti üçün enerji təhlükəsizliyi, dekarbonizasiya və enerjiyə çıxış arasında əlaqə rolunu oynayır. Bürosumuzun yaradılmasına zəmin yaradan, təşviq etdiyimiz ilk layihələrimizdən biri Cənub Qaz Dəhlizi oldu. Biz həmişə deyirik ki, Azərbaycan büromuzun DNT-sində var və bu, doğrudur. Bu nazirlər görüşü və COP29 iki əsas məqsədə xidmət edir. ABŞ hökuməti on ildən artıqdır ki, Cənub Qaz Dəhlizinin dəstəklənməsində, və təbii ki, onun 2020-ci ildə tam istismara verilməsinin son mərhələləri ərzində oynadığı rolla fəxr edir", - deyə o bildirib.

K.Harrinqton qeyd edib ki, o, Səngəçalda olub və bir sıra rəsmi şəxslər, o cümlədən ABŞ hökumətinin nümayəndəsi tərəfindən imzalanmış boru kəmərini görüb:

"Bu onu göstərir ki, büromuzun uzunmüddətli məqsədi regionda enerji təhlükəsizliyini gücləndirməkdir. Və bunun əsl mənası marşrutların şaxələndirilməsi və girişin şaxələndirilməsidir ki, heç bir ölkə bir enerji mənbəyindən həddən artıq asılı olmasın. Avropa tamamilə haqlı olaraq Rusiya neftindən və Rusiya qazından uzaqlaşmaq üçün bəzi mühüm məqsədlər güdür. Əslində, onun əsas məqsədlərindən biri 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etməkdir. Resursların müxtəlifliyi nə qədər çox olarsa, onlar bu məqsədə çatmağa bir o qədər kömək edə bilər və biz Cənub Qaz Dəhlizini bunun bir hissəsi kimi görürük. Düşünürəm ki, Avropanın bu məqsədə çatmaq üçün hələ çox işi var. Bizim Cənub Qaz Dəhlizi ilə bağlı məqsədlərimiz on il əvvəl tərəfdaşlarımız və müttəfiqlərimiz üçün enerji resurslarının şaxələndirilməsi üçün ofis yaradılan zaman olduğu kimidir".

Cənub Qaz Dəhlizinin genişləndirilməsi

K.Harrinqton qeyd edib ki, ABŞ şübhəsiz ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsini və Azərbaycanla Aİ arasında qaz ixracını ikiqat artırmaq sazişini dəstəkləyir.

"ABŞ Cənub Qaz Dəhlizinə bu məqsədə çatmaq üçün əsas olan infrastruktur kimi baxır. Avropanın enerji təhlükəsizliyini yalnız diversifikasiya və Cənub Qaz Dəhlizi kimi təkmilləşdirilmiş marşrutların sayının artırılması ilə gücləndirmək olar. Biz əmin olmaq istəyirik ki, enerji tərəfdaşlarımıza və müttəfiqlərimizə qarşı silah kimi istifadə olunmasın. Biz bunu artıq görmüşük. Son zamanlar Avropada daha çox interkonnektorlar, o cümlədən Yunanıstan-Bolqarıstan interkonnektoru ortaya çıxıb ki, onun vasitəsilə Azərbaycan qazı tədarük edilir. Azərbaycan qazı nə qədər çox Avropa ölkəsinə çatsa, bir o qədər yaxşıdır. Bu interkonnektor Rusiyanın əvvəllər demək olar ki, inhisarda olduğu müəyyən bir ərazidə fəaliyyət göstərir. Biz bu səyləri dəstəkləməyə davam edəcəyik və düşünürük ki, Azərbaycan qazının tədarük coğrafiyasının genişlənməsi bir çox ölkələr üçün vəziyyəti dəyişəcək", - deyə o bildirib.

Yaşıl enerji sahəsində əməkdaşlıq

K.Harrinqton qeyd edib ki, ABŞ Azərbaycanda günəş və külək enerjisi sahəsində böyük potensial görür.

"Dünən Xəzərin sahilində dayanıb küləyi hiss etdim. Bərpa olunan enerjidən istifadənin təkcə dekarbonizasiya məqsədlərimiz üçün bir çox üstülük malik deyi, həm də xaricə ixrac üçün yerli olaraq istifadə edilə bilən molekulları azad edir. Bərpa olunan enerji və bərpa olunan enerjinin inkişafının dəstəklənməsi gördüyümüz işlərin əsasını təşkil edir.

Artıq bir neçə gündür ki, Bakıdayam, ona görə də bu məqsədlərin bəzilərini rəsmilərlə müzakirə etmək imkanım oldu. Mənim Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüm olub. Biz yaşıl enerji dəhlizi konsepsiyasından danışdıq. Biz daha çox öyrənməkdə və bu iddialı planları necə dəstəkləyə biləcəyimizi görməkdə tamamilə maraqlıyıq. Azərbaycan artıq kifayət qədər təsir edici böyük infrastruktur layihələrini həyata keçirib - Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi. Daha bir böyük yaşıl enerji dəhlizinin yaradılması asan olmayacaq. Deməliyəm ki, bu layihələri həyata keçirmək asan olmayacaq, amma bu şübhəlilərin haqsız olduğunu sübut edə bilsə də, bunu Azərbaycan edə bilər, çünki Azərbaycan bunu keçmişdə edib", - deyə o əlavə edib.

K.Harrinqton qeyd edib ki, ABŞ Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir

"ABŞ-da Bayden administrasiyası altında təmiz enerji və bərpa olunan enerjinin qəbulunu inkişaf etdirmək üçün çox vacib addımlar atdıq. Bunlara İkitərəfli İnfrastruktur Qanunu, İnflyasiyaya Qarşı Mübarizə Qanunu, Çiplər və Elm Qanunu. Bu, həqiqətən də Birləşmiş Ştatlarda təmiz enerji tədqiqatı və inkişafının əsasını təşkil edir. Nazir Şahbazov bu yaxınlarda Koloradoda Milli Bərpa Olunan Enerji Laboratoriyalarına baş çəkmək və Departamentdəki tərəfdaşlarımızla bərpa olunan enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsi yollarını müzakirə etmək imkanı əldə edib. Beləliklə, Azərbaycan daha çox bərpa olunan enerji mənbələrini tətbiq etdikcə, nəticənin Azərbaycan vətəndaşlarına və onun hüdudlarından kənara elektrik enerjisini çatdırmasını təmin etmək üçün tərəfdaşlığa hazırıq.

Bu yaxınlarda BƏƏ-nin COP28-ə, Azərbaycanın isə COP29-a ev sahibliyi etmək ərəfəsində olduğunu nəzərə alsaq, “Təmiz Enerji İnkişafının Sürətləndirilməsi üzrə Tərəfdaşlıq” çərçivəsində əməkdaşlıq mümkündür. Bu format 2022-ci ildə yaradılmışdır və onun məqsədi 2035-ci ilə qədər bütün dünyada yaşıl enerjiyə 100 milyard dollar investisiya və təmiz enerji layihələrinə dəstək verməkdir", - deyə o bildirib.

K.Harrinqton hesab edir ki, BƏƏ-də yerləşən "Masdar" şirkəti ilə tərəfdaşlıq və onun Azərbaycanda bərpa olunan enerji bazarında məqsədyönlü fəaliyyəti nəzərə alınmaqla, ABŞ, Azərbaycan və BƏƏ arasında bu sahədə üçtərəfli əməkdaşlıq çoxlu imkanlar açır.

COP29 üçün gözləntilər

"İlk növbədə, mən Azərbaycanı COP-a ev sahibliyi etdiyinə görə təbrik etmək istəyirəm. Bu, olduqca mühüm konfransdır, çünki biz dünyada iqlim böhranından ciddi şəkildə təsirlənməyə davam edirik və hər il daha çox ekstremal hava hadisələrinin baş verdiyini görürük. Bu konfrans inanılmaz dərəcədə vacibdir, çünki biz iqlimi gələcək nəsillər üçün qoruyub saxlamağa çalışırıq. Mən deyərdim ki, COP29-un əsas prioritetlərindən biri COP28-də əldə edilmiş tərəqqinin qorunmasıdır. Konfrans iştirakçıları xüsusilə vacib olan bir sıra öhdəliklər götürdülər - 2030-cu ilə qədər bərpa olunan enerjidən istifadəni üç dəfə, 2030-cu ilə qədər enerji səmərəliliyini isə iki dəfə artırmaq. Və təbii ki, liderlərin gələcəkdə qalıq yanacağından tamamilə imtina etməsi öhdəliyini üzərinə götürdəkləri ilk konfrans oldu.

Beləliklə, 1,5 dərəcə hədəfi əldə etmək üçün hələ çox iş görməliyik. COP28 bizi buna bir addım da yaxınlaşdırır. Onu da deyərdim ki, COP 29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın metan tullantıları ilə mübarizədə dünyaya kömək etmək üçün böyük imkanları var", - deyə o bildirib.

K.Harrinqton əlavə edib ki, metan iqlim dəyişikliyinə təkan verir:

"CO2-dən 80 faiz daha səmərəlidir. Onun iqlim dəyişikliyinə təsiri həqiqətən əhəmiyyətlidir. Bununla belə, metan CO2 qədər atmosferdə qalmır. Həqiqətən də 1,5 dərəcə hədəfi saxlamağa çalışmaq şansı var. Təbii ki, metan təkcə neft-qaz sektorundan deyil, digər sektorlardan da gəlir. Bununla belə, metan tullantılarının azaldılmasına gəldikdə, buna nail olmaq üçün ən asan yer neft-qaz sektorudur. Çünki reallıqda metan tullantıları bir çox cəhətdən israf edilmiş resursdur. Bu təbii qazdır, ya məşəldə yandırma, ya da qaçaq emissiyalar vasitəsilə havaya buraxılan bir mənbədir. Doğrudan da, bu, israf edilmiş iqtisadi resursdur".

Harrinqton metan tullantılarının azaldılması üçün bp və SOCAR tərəfindən Səngəçalda böyük səylər göstərildiyini qeyd edib:

"Bu konfrans zamanı bu cür işlərin digər neft və qaz hasil edən ölkələrə nümayiş etdirilməsi vacibdir. Səngəçalda olarkən obyektlərin elektrikləşdirilməsi və son nəticədə bərpa olunan enerji mənbələrindən istifadə planları məni xüsusilə heyran etdi. Düşünürəm ki, Azərbaycan neft-qaz sektorundan metan emissiyalarının azaldılmasında və neft-qaz sektorunun karbonsuzlaşdırılmasının maksimallaşdırılmasında böyük liderlik nümayiş etdirə bilər. Bu, enerji təhlükəsizliyi və dekarbonizasiyanın eyni zamanda necə əldə oluna biləcəyini göstərir. Düşünürəm ki, bir şeyi də qeyd etmək vacibdir: Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya olan Üçlüyün gözəl təşəbbüsü. Onlar üç COP-un səylərini birləşdirmək və bu tədbirlərin heç birinin təcrid olunmuş şəkildə həyata keçirilmədiyini dünyaya aydınlaşdırmaq üçün birlikdə çalışırlar. Onlar varisliyin təmin edilməsinin bir hissəsidir. Mən üç tərəfdaş ölkənin birlikdə göstərdiyi bütün səyləri görməyi səbirsizliklə gözləyirəm. Hər kəs COP29-da iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində maliyyə məsələsinə də güclü diqqət yetirəcəyini gözləyir.

İqlim dəyişikliyi ilə bağlı maliyyəni 100 milyard dollara çatdırmaq planları var. Və hesab edirəm ki, Azərbaycanda bu məqsədə nail olmaq, bütün dünyada iqlim fəaliyyətlərini genişləndirmək imkanı olacaq. Hesab edirəm ki, yaxın bir neçə ayda biz Azərbaycanın prioritetlərinin daha aydın şəkildə təqdimatını görəcəyik. Azərbaycanın bərpa olunan enerji və digər təşəbbüsləri irəli sürməyi planlaşdırdığını görmək bizi çox sevindirir".

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti