...

Əfqanıstan COP29-da iştirak edəcək

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 11:42 (UTC +04:00)
Əfqanıstan COP29-da iştirak edəcək
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstan COP29-da iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Əfqanıstanın iqlim dəyişikliyi məsələləri üzrə nümayəndəsi, COP27 və COP28 iştirakçısı Abdulhadi Axakzai özünün sosial şəbəkə hesabında yazıb.

"COP29 mənim və Əfqanıstanı təmsil edən komandam üçün dəyərli təcrübə olacaq. Artıq ətraf mühitin mühafizəsi məsələləri və iqlim dəyişikliklərinin nəticələrini yüngülləşdirməklə bağlı güclü danışıqlar aparmağa hazırlaşmağa başlamışıq", - deyə o yazıb.

Əfqanıstan nümayəndəsi ölkəsinin COP28-də öz stendinin olmadığını, Kolumbiya hökumətinin Əfqanıstan nümayəndə heyəti üçün Əfqanıstanda iqlim dəyişikliyinin mənfi nəticələrini öz pavilyonunda məruzə etmək imkanı yaratdığını xatırladıb.

"Bakıda keçiriləcək COP29 tədbirində ətraf mühitin etibarlı müdafiəçisi kimi çıxış etmək istəyirik", - deyə son illərdə BMT-nin bütün iqlim tədbirlərində aktiv şəkildə iştirak edən Axakzai qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti