...

Milli təhsil sistemi olaraq innovasiyalardan kənarda qalmamalıyıq - Nazir

Yaşıl iqtisadiyyat Materials 27 May 2024 10:32 (UTC +04:00)
Milli təhsil sistemi olaraq innovasiyalardan kənarda qalmamalıyıq - Nazir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "yaşıl" enerjiyə keçməsi və COP 29-un ölkəmizdə keçirilməsinin önəmli olduğunu düşünürəm. Çünki bu, həm iqtisadi, həm də gündəlik həyatda müəyyən davranış fərqliliyinə gətirir. Düşünürəm ki bunu təhsil vasitəsilə dəyişə bilərik.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələ bir neçə istiqamətdə özünü göstərir:

"Birinci məqam vətəndaşın məsələyə səriştəli yanaşmasıdır. İkinci məqam bacarıqlardır ki, bu da təhsillə əlaqəlidir. Səriştəsiz yanaşma bacarıqlarla bağlıdır ki, bu, özünü həm peşə, həm də ali təhsil sistemində büruzə verir. Üçüncü istiqamət isə daha çox elm və innovasiya ilə əlaqəlidir. Bu məqamda növbəti illərdə biz milli təhsil sistemi olaraq innovasiyalardan kənarda qalmamalıyıq".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, həmçinin, digər dövlət rəsmiləri, millət vəkilləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti