...

Azercell Niqer Respublikasının operatoru ilə ilk rouminq müqaviləsini bağlayıb

Telekommunikasiya Materials 11 Sentyabr 2007 23:36 (UTC +04:00)

Azərbaycan,Bakı / Trend / Azercell Telecom Birgə Müəssisəsi ilə Niger Respublikasının Celtel mobil rabitə operatoru arasında birtərəfli (Celtel abunəçiləri Azercell şəbəkəsində) beynəlxalq rouminq xidməti istifadəyə verilib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu, iki ölkənin mobil rabitə operatorları arasında ilk rouminq müqaviləsidir.

Bu gün Azercell Telecom 140 ölkənin mobil rabitə operatorları ilə 336 rouminq müqaviləsinə malikdir.

Azercell Telecom BM 1996-cı il yanvarın 19-da təsis edilib. Həmin ilin 15 dekabrından fəaliyyyətə başlayan şirkət ödəmə məntəqələrində abonentlərə xidmət təklif edib. Azercell Telecom Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7 faiz) və Fintur Holdings BV (64.3 faiz) şirkətinin birgə müəssisəsidir. Fintur Holdings BV-nin səhmlərinin 58.55 faizi TeliaSonera, 41.45 fazi isə Turkcell şirkətinə məxsusdur.

Azercell Telecom şirkətinin abunəçilərinin sayı 2,5 mln. nəfəri ötüb.

Xəbər lenti

Xəbər lenti