...

"Baktelekom" İB IP-TV üçün tarifləri azaldıb

Telekommunikasiya Materials 16 Oktyabr 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi Istehsalat Birliyi ("Baktelekom") İP-TV xidmətinə qoşulmaq üçün aylıq abunə haqqı tarifini 50 faiz azaldıb. Bu barədə çərşənbə axşamı nazirlikdən məlumat verilib.

Dünyanın 70 televiziya kanalına baxmaq üçün abunəçilər ayda ,16 manat əvəzinə, 8 manat ödəyəcəklər. Xidmətə qoşulma haqqı, əvvəlki 10 manat əvəzinə, 5 manat təşkil edir.

Rabitə Nazirliyinin məlumatına əsasən, 9 ay ərzində "Baktelekom" üzrə IP- TV istifadəçilərinin sayı 55 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti