...

"Baktelekom" " 7" indeksli köhnə ATS-lərin yenidən qurulmasına başlayıb

Telekommunikasiya Materials 19 Oktyabr 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ? müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Baktelekom" Istehsal Birliyi 471/472/473, 474/475/476 və 423 indeksli köhnə ATS-lərin yenidən qurulmasına başlayıb. Bu barədə İB-nin Baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib. Bu stansiyalar Next Generation Network (NGN) texnologiyaları əsasında yenidən qurulacaq.

Kişiyevin sözlərinə görə, bu stansiyalar üzrə blokirovka olunmuş nömrələrin (30 min) ayrılması işləri, binalarda avadanlıq quraşdırılması üçün təmir işləri aparılır.Stansiyaların tutumu 90 min nömrə təşkil edir, yenidənqurma işlərindən sonra bu, 125 min nömrəyə bərabər olacaq.

İşlərin 2008-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır.

Bakıda telefonların elektronlaşdırılması səviyyəsi 80 faizdən çoxdur. 100 nəfərə düşən telefon aparatının sayı 39 ədəddir.

Ölkənin bütün telefon şəbəkəsinin yenidənqurulma işlərinin "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində 2008-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti