...

Azercell PayCELL xidmətində yeniliklər tətbiq edib

Telekommunikasiya Materials 20 Oktyabr 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın 2,8 mln.-dan çox abunəçisi olan ən böyük mobil rabitə operatoru Azercell Telecom abunəçilərə kontur köçürülməsinə imkan verən PayCELL xidmətində yenilik tətbiq edib. Şirkətdən bildirilib ki, 19 oktyabr - 31 dekabr 2007-ci il tarixləri arasında PayCELL xidmətindən 1 gün ərzində 5 dəfə istifadə etmək mümkün olacaq.

Xidmət haqqı olaraq 9200 nömrəsinə göndərilən SMS-in qiyməti Fakturalı Xətt abonentləri üçün - 0,04AZN (ƏDV xaric), SimSim, Bizdən - Bizə və GəncSim abonentləri üçün 10 konturdur.

9202 nömrəsinə göndərilən SMS-in qiyməti Fakturalı Xətt abonentləri üçün - 0,08AZN (ƏDV xaric), SimSim, Bizdən Bizə və GəncSim abonentləri üçün 20 konturdur.

Konturları hədiyyə alan abonentin nömrəsində mövcud konturlardan istifadə müddəti bitməyibsə, hədiyyə konturları balansa əlavə olunacaq və istifadə müddəti 5 gündən azdırsa, əlavə 5 gün müddətinə artırılacaq; istifadə müddəti 5 gündən artıqdırsa, bu müddət uzadılmayacaq.

Konturları hədiyyə alan abonentin nömrəsi ikitərəfli bağlıdırsa, yəni konturlardan istifadə müddəti bitibsə, onda konturlar əlavə olunacaq və abonentin xətti 5 günlük açılacaq.

9200 nömrəsinə göndərilən SMS formatı səhvdirsə, abonent günlük limitini bitirdikdən sonra kontur köçürməsinə dair əlavə istək göndərərsə, abonentin balansından çıxarılan 100 (200) kontur və ya 0,40AZN (0,80AZN),ƏDV xaric balansa geri köçürüləcək, istək mesajının haqqı (10/20 kontur və ya 0,04AZN/0,08 (ƏDV xaric) ) isə, hesabdan tutulacaq.

Hədiyyə konturları alan abonentin hər hansı bir xidmətdən istifadəyə görə (GizlətCELL, GizliCELL, SIM-kart dəyişikliyi və s.) borcu varsa, hədiyyə konturlar köçürüləcək, lakin mövcud konturlardan istifadə müddəti artırılmayacaq.

Köçürmə bitdikdən sonra konturları köçürən və alan abonentlər müvafiq bildiriş mesajları alacaqlar.

Xəbər lenti

Xəbər lenti