...

"Baktelekom" abunəçilərin CDMA standartlı rabitəyə qoşulması üçün kampaniya keçirəcək

Telekommunikasiya Materials 25 Oktyabr 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyalarının "Baktelekom" İstehsal Birliyi CDMA (Code Division Multiple Access) standartlı rabitənin abunəçilərinin sayını artırmaq üçün,"CDMA nömrəsinə güzəştli tariflə qoşulma" kampaniyası keçirəcək. İstehsalat Birliyindən verilən məlumata görə, kampaniya 2007-ci il noyabrın 1-dən 2008-ci il fevralın 1-ə qədər davam edəcək.

Bu vaxt ərzində CDMA nömrələrinə qoşulmaq istəyən abunəçilər 50% güzəşt əldə edəcəklər. Belə ki, CDMA nömrəsi almaq istəyən abunəçi 20 manat əvəzinə 10 manat ödəyəcək.

"Baktelekom" CDMA-nın 8 min abunəçisi var. Texniki operator 13 min abonentə xidmət göstərmək gücündədir. İstifadəçilərin sayı artırılsa, göstərilən xidmətlərin keyfiyyətinin artılıması mümkündür.

Abunəçilərə CDMA üzrə üç tarif paketi təqdim olunur. Birinci paket yerli giriş və çıxış zəngləri üzrə 300 dəqiqə limitə malikdir, ikinci paket limitsiz xarakter daşıyır. Birinci paket üzrə aylıq abunə haqqı 2 manat, ikinci paket üzrə 10 manatdır. Hər iki paket üzrə CDMA nömrəsinə qoşulma haqqı 20 manat təşkil edir. May ayından etibarən, "Baktelekom" yeni, üçüncü tarif paketi tətbiq edib.

Yeni paket üzrə abunə haqqı 5 manat, yerli giriş və çıxış zəngləri üzrə danışıq vaxtı 600 dəqiqə, qoşulma haqqı isə 10 manatdır. Göstrilən 600 dəqiqə bitəndən sonra, abunəçi bir dəqiqə üçün 0,01 manat ödəməlidir.

İB-in əhatə dairəsinə Bakı və Abşeron daxildir və "Aztelekom" İB-in daxili rouminqi hesabına, "Baktelekom"un abunəçiləri CDMA-dən Sumqayıt, Gəncə, Yevlax, Qaxaz, Şəki və Şamaxıda da istifadə edə bilərlər.

CDMA (Code Division Multiple Access - şifrəli bölməyə çoxsaylı çıxış sistemidir) GSM tərəfindən işlənib hazıranan və ilk dəfə QUALCOMM tərəfindən tətbiq olunan rəqəmli simsiz texnologiyadır. CDMA nitqi rəqəmli məlumata çevirir və simsiz şəbəkə vasitəsilə radiosiqnal şəklində ötürülür. 1995-ci ildə kommersiya məhsulu kimi təqdim olunan CDMA dünyada sürətlə yayılan simsiz texnologiyalardan biridir. 1999-cu ildə Beynəlxalq Telekommunikasiya İttifaqı CDMA-i "üçüncü nəsil" yeni simsiz texnologiya üçün sənaye standartı seçib.

Azərbaycanda CDMA xidmətləri nazirliyin müəssisələri ilə yanaşı "Catel", "Aztrank" və "Ulduz Telecom" (Ultel) vasitəsilə də göstərilir.

Xəbər lenti

Xəbər lenti