...

Dövlət payının özəlləşdirilməsi CATEL-in Azərbaycanın telekommunikasiya bazarında vəziyyətini kökündən dəyişəcək -şirkət rəhbəri ilə müsahibə

Telekommunikasiya Materials 25 Yanvar 2008 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar/ " müxbir S.Babayeva/ Trend -ın CATEL telekommunkiasiya BM-in baş direktoru Sadiq Hümbətovlə müsahibəsi

- Yanvarda Azərbaycanın CATEL BM-dəki dövlət payının tam özəlləşdirilməsi haqqında bəyanat verilib. Özəl şirkət olan müəssisədə hansı dəyişikliklər ola bilər?

-Dəyişikliklər, ilk növbədə, şirkətin strukturu və Direktorlar Şurasının tərkibinə dair olacaq. Belə ki, OMCL şirkəti hazırda CATEL-in yeganə sahibi olduğundan, şirkət şəbəkəsinin genişləndirilməsinə kapital yatırılacağı gözlənilir. Bu da müəssisənin bütün fəaliyyətinə müsbət təsir göstərəcək. Hazırki vəziyyət bizim şirkətin telekommunikasiya bazarında mövqeyini köklü surətdə dəyişəcək.

- Şirkət gələcək illər üçün hökumət qarşısında hər hansı bir investisiya öhdəliyi götürübmü?

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə 2006-cı ilin dekabrında bağlanan, CDMA standartlarında mobil rabitə xidmətinin təklif edilməsinə lisenziya müqaviləsinin şərtlərinə uyğun olaraq, biz mərhələli şəkildə bütün respublika ərazisində xidmətlərimizin əhatə dairəsini genişləndirməyi öhdəmizə götürmüşük. Lakin şirkətin özəlləşdirilməsi ilə əlaqədar, dövlət tərəfindən üzərimizə əlavə öhdəliklər qoyulmayıb.

- 2008-2009-cu illərdə şirkət Azərbaycan iqtisadiyyatına hansı həcmdə vəsait yatırmağı planlaşdırır?

- Şirkət texniki bazanın inkişafına, əlavə xidmətlərin geniş spektrini təqdim etmək üçün müvafiq avadanlıqların alınmasına, əhatə dairəsinin genişləndirilməsinə, rouminq-razılaşmaların bağlanmasına, həmçinin, marketinq və CATEL tərəfindən təqdim olunan xidmətlərin irəliləməsinə əhəmiyyətli vəsait yatırmaq niyyətindədir.

- Azərbaycanda öz bazar payını artırmağı şirkət necə e planlaşdırır?

- Bu il CATEL danışıqlar üçün əlverişli tariflər, həmçinin, rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi və xidmətlərin müxtəlifliyini artırmaqla, öz bazar payını 20%-dək artırmağı planlaşdırır. Məsələn, biz abonentlərimizə yüksəksürətli mobil İnternet təqdim etmək niyyətindəyik.

- Şirkət yeni abonentlərin cəlb edilməsi üçün tarifləri dəyişdirməyi planlaşdırırmı?

- CATEL nin əlverişli tarifləri ilə seçilir; məşhur "Bərabər.az" tarifimizi göstərə bilərik. Burada abonent tarifləri yoxdur. Ölkə daxilində bütün istiqamətlərdə bir dəqiqə danışığın qiyməti cəmi 10 qəpikdir. Düşünürəm ki, çox yaxın vaxtlarda biz abonentlərimizi abonent bazasını əhəmiyyətli dərəcədə artıracaq daha cəlbedici tariflə sevindirəcəyik.

- Azərbaycanda CDMA standartlı mobil rabitə operatoru olmaqla, bu texnologiyanın inkişaf perspektivlərini necə görürsünüz?

- İlk növbədə, onu qeyd edim ki, Azərbaycanda CDMA texnologiyasının kommersiya tətbiqinin pionerləri bizik. Biz CDMA 2000 1x standartlarında mobil rabitə xidmətləri təklif edirik. Bazarın perspektivlərinə gəldikdə isə, deyə bilərəm ki, gələcəkdə mobil rabitə texnologiyasının bazası roluna daha real namizəd CDMA (Code Division Multiple Access) hesab edilir. Bu texnologiya, həm keyfiyyət və servisin müxtəlifli, həm də dəyər və şəbəkənin tez qurulmasına görə, bəzi üstünlüklərə malikdir.

Xəbər lenti

Xəbər lenti