...

"Azercell Telecom" mayın 12-13-də rabitədə yarana biləcək problemlərlə bağlı abunəçilərinə xəbərdarlıq edir

Telekommunikasiya Materials 8 May 2008 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" mayın 12-13-də gecə saat 23.00-dan 8.00-dək bəzi xidmətlər üzrə yarana biləcək problemlərlə bağlı, abunəçilərinə xəbərdarlıq edir. Bu barədə şirkətin məlumatında bildirilir.

Bu, operatorun şəbəkələrinin təkmilləşdirilməsi işləri ilə əlaqədardır.

Şirkət rabitə xidmətini yaxşılaşdırmaq üçün vaxtaşırı analoji işləri həyata keçirir.

Bu gün "Azercell Telecom" abunəçilərinin sayı 3 mln. nəfərdən çoxdur.

"Azercell Telecom" MMC 1996-cı il yanvarın 19 - da yaradılıb. "Azercell Telecom" Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7faiz) və Fintur Holdings BV (64.3 faiz) Şirkətinin birgə müəssisəsidir.

Fintur Holding B.V.-dəki iştirakın 41,45 faizi Türkiyənin "Turkcell" şirkətinə, 58,55 faizi isə, Finlandiyanın "Teliasonera" şirkətinə məxsusdur. Bu gün tam özəl şirkət kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti