...

Azərbaycanın RDİ mütəxəsisləri Sank-Peterburqda ixtisaslaşdırma kurslarında iştirak edir

Telekommunikasiya Materials 21 May 2008 21:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radiotezlik üzrə Dövlət İdarəsinin əməkdaşlarından ibarət qrup, professor M.A.Bonç-Bruyeviç adına Sank-Peterburq Dövlət Telekommunikasiyarı Universitetinində ixtisaslaşdırma kurslarında iştirak edir.

Rabitə Nazirliyindən verilən məlumata görə, "İndikator və radionəzarət şualanması parametrlərinin ölçülməsi" ixtisası üzrə kurslar mayın 19-da başlayaraq mayın 30-na kimi davam edəcək.

Professor M.A.Bonç-Bruyeviç adına Sank-Peterburq Dövlət Telekommunikasiyarı Universiteti - çoxkanallı telekommunikasiya sistemləri, rabitə şəbəkələri, radioyayım və televiziya, radiotexniki sistemlər, radiofizika və elektronika, videotexnika, akustika, rabitə vasitələrində proqram təminatı və texnologiyaları, iqtisadiyyat və menecment üzrə mütəxəsislər hazırlayan Rusiyanın iri ali məktəb müəssisəsidir.

Yeddi mindən artiq tələbənin təhsil aldığı universitetin tərkibinə 37 kafedra, 13 müəyyən ixtisaslara aid olan elmi-tətqiqat laboratoriya, aspirantura, eksperemental-istehsalat emalatxanası daxildir.

Xəbər lenti

Xəbər lenti