...

"Nar Mobile"ın əhatə dairəsi Azərbaycan ərazisinin 80 faizini təşkil edir

Telekommunikasiya Materials 12 İyun 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend / Rabitə keyfiyyətinin daha da artırılması məqsədi ilə Azərbaycanın mobil rabitə operatoru Azerfon BM (Nar Mobile ticarət nişanı) bütün ölkə ərazisi üzrə stansiyalar quraşdırır. Şirkətin verdiyi məlumata görə, yeni stansiyalar Bakı, Abşeron yarımadası, Quba, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarında quraşdırılıb.

Ümumilikdə mayda respublikanın paytaxtı və regionlarında 55 stansiya quraşdırılıb.

"Yeni baza stansiyaların quraşdırılması şəbəkə tutumunun və ərazi boyunca göstərilən xidmətlərin keyfiyyənin artırılmasına imkan verib", - Azerfon-da hesab edirlər.

Bu gün "Nar Mobile"ın əhatə dairəsi ölkənin artıq 80%-ni təşkil edir.

Azerfon BM ölkə ərazisində mobil rabitə xidmətlərinin göstərilməsi üçün 2005-ci ilin dekabrında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziya alıb. Operator kommersiya fəaliyyətinə 21 mart 2007-ci ildə başlayıb. Hazırda 500 mindən çox abunəçi "Nar Mobile"ın xidmətlərindən istifadə edir.

Xəbər lenti

Xəbər lenti