...

Azerpocht şəbəkəsi üzrə poçt pul köçürmələrinin həcmi artıb

Telekommunikasiya Materials 21 İyul 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend , müxbir S.Babayeva/ Birinci yarımil ərzində Azerpocht Dövlət Müəssisəsinin şəbəkəsi ilə xarici ölkələrə göndərilən 5326 poçt pul köçürməsinin ümumi dəyəri 761,6 min manat təşkil edib. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat veriblər. Bu, ötən ilin yanvar-iyun ayları ilə ilə müqayisədə 184 köçürmə çoxdur.

Xaricdən Azerpocht-un şəbəkəsinə daxil olan 8608 pul köçürməsinin dəyəri 1,8 mln. manat təşkil edib ki, bu da 1277 ədəd çoxdur.

Ölkə daxilində Dövlət Müəssisəsinin poçt şəbəkəsində qəbul edilən pul köçürmələrinin ümumi məbləği 22,5 mln. manata çatıb.

Bu dövr ərzində Azerpocht-un şəbəkəsi ilə təqribən 52,3 min bağlama göndərilib ki, bu da 2007-ci ilin birinci yarımilindən 31,7 faiz çoxdur. Beynəlxalq bağlamaların sayı 755 ədəd və ya 34,3 faiz artıb.

Xəbər lenti

Xəbər lenti