...

"Azercell"in dörd abonenti "Toyota" avtomobilinin sahibi olub

Telekommunikasiya Materials 1 Avqust 2008 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend / "Azercell"in MMC yay kampaniyasında növbəti hədiyyə avtomobilinin daha dörd sahibinin adı bəlli olub.

Şirkətdən verilən məlumata görə, Rafiq Nəcəfov, Barat İbayev, Bəxtiyar Nəbiyev, Əlmağa Kərimov avtomobil sahibləri olublar.

Qaliblərə hədiyyələr "Azercell Telekom"un vitse -prezidenti Ali Ağan tərəfindən təqdim olunub.

SimSim -in 10 illiyinə həsr olunan "Yubiley hədiyyələri" kampaniyası avqustun 31-dək davam edəcək.

"Yubiley hədiyyələri" kampaniyası çərçivəsində, bu günədək 347,584 abonent balanslarına  435,363, 434 BONUS kontur yükləyib. Kampaniyada 10, 20, 40, 100 və 200 manat qiymətində olan xüsusi Ödəmə kartları və 2, 5, 10, 20 və 40 manat qiymətində olan xüsusi SimSim danışıq kartları iştirak edir.

Xəbər lenti

Xəbər lenti