...

Azərbaycanda rabitə xidmətlərinin həcmi artıb

Telekommunikasiya Materials 17 Sentyabr 2008 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend , müxbir S.Babayeva/ Yanvar-avqustda Azərbaycanda təşkilat və əhaliyə 581,5 mln. manatlıq rabitə xidmətləri göstərilib ki, bu da 2007 - ci ilin eyni dövrü ilə müqayisədə 31,7 çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat veriblər. Ümumi xidmətlərin 76,3 faizi əhaliyə göstərilən xidmətlərin payına düşüb.

Əldə edilən gəlirlərin 71,3 faizi mobil rabitə xidmətlərinin payına düşüb. Bu sahədə artım 33,8 faiz olub.

Quba-Xaçmaz iqtisadi rayonunda xidmətlərin artımı 19,9 faiz, Şirvan - 38,9 faiz, Şəki - Zaqatala - 25,2 faiz, Lənkəran - 23 faiz, Abşeron - 20,4 faiz, Gəncə-Qazax - 17,8 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti