Azərbaycan, Bakı, 13 oktyabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azermarka şirkəti iki yeni poçt markasının təqdimatını keçirib. Nazirliyin verdiyi xəbərə görə, markalarda Culfadakı Xanağa mavzoleyi və Şərurdakı Qarabağlar mavzoleyi (Naxçıvan Muxtar Respublikası) əks olunub.
Markaların nominal dəyəri 0,10 və 0,20 manatdır. Artıq poçt dövriyyəsinə buraxılmış markaların hər biri 1000910 tirajla çap edilib.
Müstəqil Azərbaycanın poçt parkalarının nəşri 1992-ci ildən başlayıb. İndiyədək Azermarka müxtəlif mövzular üzrə 600-dən çox poçt markası buraxıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]