...

Azercell yeni kampaniya elan edib

Telekommunikasiya Materials 20 Oktyabr 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom Maksimum abunəçiləri üçün yeni Maksimum Kredit kampaniyasını elan edib. Bundan sonra balansında kifayət qədər kontur olmayan Maksimum abuməçiəri telefonun ekranında *155# YES yığmaqla və ya SMS-məlumat vasitəsilə kredit sözünü 9155-ə göndərməklə 500 kontur kredit ala biləcəklər. SMS-sorğular pulsuzdur.

Kampaniya 2008-ci il oktyabrın 16-dan 2009-cu il aprelin 16-dək davam edəcək. Kreditdən istifadəyə görə ödəniş 100 konturdur. Toplam kreditin bağlanma qaydası - balansdan hər gün 20 kontur çıxılır (cəmi 30 dəfə). Kreditin ödənilməsinin  maksimum müddəti 60 gündür.

Kredit 60 gün ərzində tam bağlanmadığı təqdirdə, qalıq borc SimSim danışıq kartı yüklənildikdən sonra silinəcək.

Xidmətdən telefon xətti açıq olan və sistemə qoşulduğu andan etibarən balansına ən azı 6 manat məbləğində kontur yükləmiş Maksimum abunəçiləri istifadə edə bilərlər. Son danışıq kartının balansa yüklənilmə tarixi 3 ay müddətindən çox olmamalıdır.

Balansın kredit konturlarla artırılması həmin an qüvvədə olan SimSim danışıq kartının müddətini artırmır.

Xidmətdən yalnız qalıq borc 200 kontura bərabər və ya ondan az olduğu halda yenidən istifadə etmək olar. Bu halda ilkin qaliq borc tam olaraq silinəcəkdir

Bu gün Azercell Telecom Azərbaycanda ən iri mobil rabitə operatorudur və 3,5 mln. abunəçisi var.

Xəbər lenti

Xəbər lenti