...

Microsoft Bakıda proqram həllərinin uyğunluğu üzrə konfrans keçirəcək

Telekommunikasiya Materials 27 Noyabr 2008 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr/ Trend / Microsoft Azerbaijan şirkəti dekabrın 2-də Bakıda Azərbaycanın İT-mütəxəssisləri üçün "Funksional uyğunluq və innovasiyalar" mövzulu konfrans keçirəcək.

Tədbir Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropada texnologiyalar üzrə baş direktoru və meneceri Vilfrid Qrommen iştirak edəcək,  - şirkət xəbər verir. Konfransda funksional uyğunluq prinsipləri, "Open Source Software"  ilə əlaqə və verilənlərin inteqrasiyası, virtuallaşdırma, interfeyslər, təhlükəsizlik və s. kimi sahələrdə müxtəlif təchizatçıların proqram və məhsullarının funksional uyğunluğuna aid məsələlər müzakirə olunacaq.

Microsoft-un Azərbaycandakı nümayəndəliyi 2006 - cı ilin fevralından fəaliyyət göstərir. Onun vəzifələrinə proqram təminatının satışı və yeridilməsi, informasiya texnologiyaları bazarının inkişafı, Azərbaycan ərazisində ən yeni texnologiyaların tətbiqi və lokallaşdırılması daxildir.

Xəbər lenti

Xəbər lenti