...

Azərbaycanın GSM operatoru bütün metro stansiyalarını əhatə zonasına daxil edib

Telekommunikasiya Materials 19 Dekabr 2008 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend / Bundan sonra Azercellabonentləri Bakı Metropoliteninin hər bir hissəsində telefondan istifadə edə biləcəklər;dekabrın 19-dan metro stansiyaları bütünlüklə Azercell-in əhatə dairəsinə daxil olacaq.  

Azercell Azərbaycanda ilk dəfə olaraq hələ 2000-ci ildə Bakı Metropoliteninin bütün stansiyalarını əhatə dairəsinə alaraq, abonentləri üçün   metro stansiyalarının platformalarında danışmaq imkanı yaradıb, - şirkətin məlumatında deyilir. Tədricən eskalatorlarda da mobil rabitə xidməti istifadəyə verildi.

"Abonentlərinə tam rahatlıq və keyfiyyətli rabitə bəxş edən Azercell bununla kifayətlənmədi və bu il həyata keçirilən layihə sayəsində  yalnız platforma və eskalatorlar deyil, metro stansiyalarının giriş və çıxışları, bütün tunellər də əhatə dairəsinə alındı", - məlumatda deyilir.

Fəaliyyətə başladığı 1996-cı ildən  bəri  Azercell Telekom MMC daim təqdim etdiyi rabitənin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirib. Bu müddət ərzində əhalinin 99 faizi, respublika ərazisinin 80 faizə yaxın hissəsi (işğal olunmuş əraziləri çıxmaq şərtilə) Azercell-in əhatə dairəsinə daxil edilib.

Operator respublikada radio baza stansiyalarının sayını da artırıb və bu yaxınlarda sayca 1500-cü baza stansiyası quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti