Azərbaycan, Bakı, 09 fevral / Trend / Azərbaycan mobil rabitə operatoru Azercell Telecom SimSim abunəçiləri üçün güzəştli kampaniya elan edib. Şirkətin məlumatında deyilir ki, 6 Fevral - 6 Mart 2009-cu il tarixləri arasında bütün SimSim (Açıq Xətt, BizdənBizə və GəncSim) abunəçiləri üçün endirim kampaniyası keçirilir. Kampaniya iştirakçısı olmaq üçün ENDIRIM yazıb SMS vasitəsilə 7575-ə göndərmək lazımdır. Bununla siz Azercell abonentləri ilə zənglərin üçüncu dəqiqəsindən sonra 50% endirimlə danışmaq imkanı qazanacaqsınız. Endirim yalnız şəbəkədaxili zənglərə tətbiq olunur.
Azercell şirkəti 1996-cı ilin dekabrında fəaliyyətə başlayıb. Bu dövr ərzində şirkətin sərmayə qoyuluşu 600 milyon dolları ötüb.
Bu gün Azercell Telecom-un Azərbaycan mobil telekommunikasiyalar bazarındakı payı 60 faizdən çoxdur. Operatorun abunəçi sayı 3,5 milyon nəfərə çatıb.