...

Azercell Telecom-un yeni uduşlu "SMS ŞANS" kampaniyası başladı

Telekommunikasiya Materials 10 Mart 2009 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend Сapital /

Martın 1-dən etibarən "Azercell Telekom" MMC öz abonentləri üçün yeni kampaniya keçirir. "SMS ŞANS" lotereya kampaniyası hər mesaj göndərən abonentə müxtəlif məbləğdə pul hədiyyələri və tanınmış türk müğənnilərinin konsertlərinə bilet qazanmaq imkanı verir.

Şirkətin məlumatında deyilir ki, kampaniya iştirakçısı olmaq üçün sadəcə dost-tanışlarınıza, yaxınlarınıza mesaj göndərməlisiniz. Mesajların sayı çox olduqca, lotereyanın qalibi olmaq şansı da yüksəlir. Həftə boyunca göndərilən istənilən mesaj sizə 30 AZN, 300 AZN və nəhayət 3000 AZN qazandıracaq. Yalnız qısa nömrələrə göndərilən mesajlar kampaniyada iştirak etmir.

Bu il mayın 22-dək davam edəcək "SMS ŞANS" kampaniyası boyunca 10 tiraj keçiriləcək. Tirajlar 3 tipli olacaq. Kampaniya çərçivəsində keçirilən ilk 8 tirajda birinci yer tutmuş hər nömrənin abonenti 3.000 (üç min) manat, ikinci yer tutmuş hər nömrənin abonenti 300 (üç yüz) manat, üçüncü yer tutmuş hər nömrənin abonenti 30 (otuz) manat qazanacaq.

Bundan əlavə, kampaniya çərçivəsində keçiriləcək 5 tirajda xüsusi uduşlar da nəzərdə tutulub. Belə ki, bu uduşun qalibləri məşhur türk müğənniləri Sibel Can, Sərdar Ortac, Ajda Pekkan, Hadisə və Fərhad Göçerin konsertinə 2 bilet əldə etmiş olacaq.

Hər "Azercell" nömrəsi müəyyən zaman dövrü ərzində göndərdiyi mesajlara bərabər sayda əlaqədar tirajda iştirak edir.

Lotereyada tirajlar xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Həmin proqramın köməyilə qalib nömrələr təsadüfi seçim prinsipi əsasında müəyyən edilir.

Keçən həftə "SMS ŞANS" kampaniyasının ilk tirajı keçirilib. Tiraj nəticəsində 300 "Azercell" abonenti 30 manat, 30 nəfər 300 manat, bir nəfər isə 3000 manatın sahibi olub. 50 nəfər "Azercell" abonenti isə martın 8-də Heydər Əliyev adına sarayda türk sənətçisi Sibel Canın konsertinə 2 bilet qazanıb.

Mayın 22-dək "SMS ŞANS" kampaniyası çərçivəsində daha 9 tiraj keçiriləcək.

Xəbər lenti

Xəbər lenti