...

Azərbaycan Beynəlxalq İqtisadi Forumun şəbəkə hazırlığı indeksində daha yüksək yerləri tutmaq üçün potensial imkanlara malikdir – ekspert

Telekommunikasiya Materials 31 Mart 2009 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Babayeva /

"Azərbaycan Beynəlxalq İqtisadi Forumun (BİF) 2008-2009-cu illər üzrə qlobal informasiya texnologiyaları hesabatında (The Global Information Technology Report) şəbəkə hazırlığı indeksində daha yüksək yerləri tutmaq üçün potensial imkanlara malikdir", - çərşənbə axşamı Azərbaycan İnternet-Forumu QHT-nin rəhbəri Osman Gündüz, Azərbaycanın 2008-ci ildəki 67-ci pillə ilə müqayisədə irəliləyərək hesabatda 60-cı yerə layiq görülməsini şərh edərkən deyib.

"Azərbaycanın ya yerində qalmış, ya da cəmi bir-iki pillə irəliləmiş bütün qonşu ölkələri qabaqlaması çox sevindiricidir. Ancaq ölkənin iqtisadi inkişafını nəzərə alaraq Azərbaycanın potensial imkanları ona daha yüksək yerlər tutmaq imkanı verir", - Gündüz bildirib.

Azərbaycan şəbəkə hazırlığı indeksində bütün MDB ölkələrini arxada qoyub.

Ümumilikdə BİF-in hesabatına 134 ölkə daxildir.

Reytinqin ilk onluğuna əsasən Avropa ölkələri daxil olub. Birinci yeri Danimarka, ikinci yeri İsveç, üçüncü yeri isə ABŞ tutub. Bundan sonra Sinqapur, İsveçrə, Finlandiya, İslandiya, Norveç və Hollandiya gəlir. Liderlər onluğunu isə Kanada tamamlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti