...

AZAL-ın internet resursunun texniki imkanları yaxşılaşdırılacaq

Telekommunikasiya Materials 25 İyun 2009 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir Q.Vəliyev /

"AZAL" (Azərbaycan Hava Yolları Dövlət Konserni özünün internet resursunun yenilənmiş variantını təqdim etməyi planlaşdırır", - cümə axşamı konserndən məlumat verilib.

Mənbənin məlumatına görə, yeni internet resursun imkanları yaxşılaşdırılacaq ki, bu da aviabiletlərin elektron qeydiyyatı (e-ticket) üzrə tamhəcmli xidmətlər göstərmək imkanı verəcək.

Dünyanın 230 aviaşirkətinin daxil olduğu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (International Air Transport Association - IATA) aviaşirkətlərin qarşısında elektron aviabiletlərin realizəsinə keçid barədə tələb qoyub. Ancaq e-ticket sisteminə keçid üçün lazımlı texniki vəsaitlərin olmaması üzündən bəzi aviaşirkətlər bunu həyata keçirə bilməyib.

Biletlərin elektron qeydiyyatı sistemi Azərbaycanda artıq mövcuddur və bu sistemin fəaliyyət göstərmədiyi azsaylı ölkələr istisna olmaqla, xarici ölkələrə uçan sərnişinlərin xidmətinə təqdim edilir.

Bu sistemin üstünlüklərindən biri ondan ibarətdir ki, sərnişin haqqında məlumatlar elektron şəkildə aviaşirkətin bazasında saxlanılır. Bu isə ona istənilən vaxt çıxış əldə etmək imkanı verir və itirilmə faktorunu istisna edir.

Elektron biletlər aviaşirkətlərin terminallarında qeydiyyatı sürətləndirmək imkanı verir. Bununla yanaşı, elektron aviabiletləri olan sərnişinlər istənilən vaxt (uçuşa iki saat qalmışa qədər) və aviaşirkətin internet resursu vasitəsilə istənilən yerdə qeydiyyatdan keçə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti