Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir H.Vəliyev /
CATEL şirkəti Şəki və Tovuzda CDMA simsiz rabitənin yeni baza stansiyalarının qurulması üzrə işləri başa çatdırır. Bu barədə Trend -a şirkətdən bildirilib.
Şirkətin məlumatına görə, paralel olaraq Qusarda rabitənin gücləndirilməsi üzrə işlər həyata keçirilir.
Hazırda CDMA Catel şəbəkəsi Bakı, Abşeron yarımadası və Sumqayıt ilə yanaşı, Sanqaçal, Ələt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Ağstafa, Balakən, Dəvəçi, Nabran, Xudat, Xaçmaz, Lənkəran, Astara və Masallını əhatə edir.
İlin sonunadək şirkət CDMA rabitəsinin respublikanın bütün regionlarını əhatə etməsini planlaşdırır.
CATEL şirkəti öz abunəçilərinə 800 MHz diapozonda fəaliyyət göstərən CDMA 2000 1X standartında mobil xidmət təklif edir.
CDMA standartı genişzolaqlı DSL girişinin alternatividir və əsasən kabelin çəkilməsi üçün kifayət qədər uzaq olan rayonlarda əhalinin informasiya əldə etməsini sadələşdirməyə imkan verir.
CATEL şirkəti 2003-cü ilin ortalarından CDMA standartında xidmətlər təklif edir. CDMA şəbəkəsinin rəsmi açılışı 2004-cü il avqustun 13-də baş tutub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]