Gürcüstan, Tbilisi, 09 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
İspaniyanın iri telekommunikasiya şirkəti "Telefonica" Gürcüstan bazarına çıxmağı planlaşdırır. Şirkət bu sahədə istehlakçılarının sayına görə dünyada üçüncü yerdədir. Bu barədə Gürcüstanın iqtisadiyyat naziri Zurab Pololikaşvili bəyan edib.
Lakin İspaniya şirkətinin hansı həcmdə investisiya yatıracağı hələ məum deyil. Hazırda "Telefonica" ilə danışıqlar aparılır.
"Telefonica" şirkəti 1924-cü ildə yaradılıb. Şirkət "Сhina Mobile" və "Vodafone"-dan sonra 260 milyon təşkil edən istehlakçılarının sayına görə dünyada üçüncü şirkətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]