Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir H.Vəliyev /
Naxçıvan Dövlət Universitetində (NDU) simsiz Wi-Fi giriş nöqtəsi açılıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend -a deyilib.
Nazirliyin məlumatına görə, çıxış nöqtələri tələbələrin və əməkdaşların İnternet şəbəkəsindən istifadə etməklə elmi ədəbiyyatla sıx işlədiyi ərazilərdə yerləşdirilib. Simsiz giriş şəbəkəsi Cisco Systems avadanlığı əsasında qurulub.
NDU-nun tələbələri və əməkdaşları təhsil korpusları ərazisində yerləşdirilən Wi-Fi qəbuledicilərinin quraşdırıldığı istənilən qurğunun köməyi ilə İnternet şəbəkəsinə qoşulmaq imkanı əldə ediblər.
Simsiz şəbəkə əsasən videotelefoniyanın yaradılmasında istifadə edilir. Simsiz şəbəkənin açılması üzrə işlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri tərəfindən NATO-nun qrant proqramı əsasında həyata keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]