...

Azərbaycanda 162 mindən çox elektron sağlamlıq kartı verilib

Telekommunikasiya Materials 29 Sentyabr 2009 12:08 (UTC +04:00)
Səhiyyə Nazirliyi 162 mindən çox elektron sağlamlıq kartı verib. Bu barədə Trend Capital-a bazar ertəsi Səhiyyə Nazirliyinin informasiya şöbəsinin direktor müavini Cəbrayıl Əsədzadə məlumat verib.
Azərbaycanda 162 mindən çox elektron sağlamlıq kartı verilib

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir H.Vəliyev/

Səhiyyə Nazirliyi 162 mindən çox elektron sağlamlıq kartı verib. Bu barədə Trend -a bazar ertəsi Səhiyyə Nazirliyinin informasiya şöbəsinin direktor müavini Cəbrayıl Əsədzadə məlumat verib.

Əsədzadənin sözlərinə görə, hazırda sistemə nazirliyin tabeliyində olan doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri qoşulublar. Nazirliyin bölmələri arasında lokal şəbəkə yaradılıb ki, bu da xidməti informasiyanın operativ mübadiləsinə imkan verir. İnformasiya lokal şəbəkə vasitəsilə tibb müəssisələrindən birbaşa vahid məlumatlar bankına daxil olur. Pasiyentlər barədə tibbi uçot aparılmasının avtomatlaşdırılması lazım olan informasiyanın axtarışını əhəmiyyətli dərəcədə asanlaşdırıb və dioqnoz qoymanın vaxtını azaldıb.

Layihə həmçinin 18 yaşadək olan vətəndaşlar barədə informasiyanın kağız variantdan elektron varianta keçirilməsini nəzərdə tutur. Yeniyetmələrdən fərqli olaraq yeni doğulanlara plastik kartlar verilir. Elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə pulsuz olaraq valideynlərə verilir.

Layihə "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti