...

Rabitə Nazirliyi Azərbaycan teleradiokanallarının yayım keyfiyyətini yaxşılaşdırır

Telekommunikasiya Materials 2 Dekabr 2009 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat birliyi Azərbaycan teleradiokanallarının yayım keyfiyyətini artırmaq üzrə bir sıra tədbirlər görüb. Bu barədə RİTN-dən Trend -a məlumat verilib verilib.

Nazirliyin məlumatına görə, "Xəzər-TV" və İctimai televiziyanın proqramlarının keyfiyyətini yaxşılaşdırmaq üçün Teleradio İB Şəki rayonu ərazisində, Azərbaycan Televiziyasının (AzTV) yayım keyfiyyətinin yaxşılaşdırılması üçün isə Cəlilabad rayonunda ötürücü avadanlıq quraşdırılıb. "İdman Azərbaycan kanalının əhatə zonasının genişləndirilməsi məqsədilə Teleradio İB tərəfindən Zaqatala rayonunun yaşayış məntəqələrində yayım avadanlığı istismara verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti