...

Azərbaycan Təhsil Nazirliyi təhsil sistemində elektron lövhələrin tətbiqinin genişləndirilməsini planlaşdırır

Telekommunikasiya Materials 6 Aprel 2010 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Təhsil Nazirliyi təhsil sistemində elektron lövhələrin tətbiq edilməsinin genişləndirilməsini planlaşdırır. Bunu Azərbaycan Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması şöbəsinin rəhbəri Samir Məmmədov deyib.

Onun sözlərinə görə, interaktiv elektron lövhələrin tətbiq edilməsi müasir texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir və tələbələrdə öyrənməyə maraq oyadır. Bununla əlaqədar nazirliyin planına gələcəkdə bu qurğuların geniş yayılması daxildir.

Nazirlik üçün əsas prioritet şagirdlərin təhsil keyfiyyətinin artırılması və interaktiv texnologiyalardan istifadə hesabına müəllimlər tərəfindən tədrisin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Lövhələr üzdən sadə marker lövhələri kimi görünür, lakin elektron interaktiv lövhədə yazılan hər şey dərhal fərdi kompüterlərin ekranında əks olunur.

Yazılan məlumat fayl formasında saxlanılır və printerdə çap oluna bilir. Elektron interaktiv lövhədə yazılar və şəkillər rəngli markerlərlə müəyyən şəkilə salına bilər. İstifadə olunan rəng məlumatı ayırmağa və onun effektli mənimsənilməsini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

İnteraktiv elektron lövhələrin əsas cəhəti çəkilmiş şəkillərə baxılması, həmçinin real vaxt çərçivəsində məruzələrin yazılmasıdır.

İnteraktiv lövhələrdə qeyd edilənlərin hamısı fikir müzakirələri zamanı kompüterlərdə saxlanıla və sonradan bərpa oluna bilər.

Xəbər lenti

Xəbər lenti