...

"Azercell"in rouminq dairəsi genişlənir

Telekommunikasiya Materials 19 Avqust 2010 17:30 (UTC +04:00)
"Azercell Telekom" MMC ilə Yəmənin "SabaFon" operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.
"Azercell"in rouminq dairəsi genişlənir

Аzərbaycan, Bakı, 19 avqust /Trend/

"Azercell Telekom" MMC ilə Yəmənin "SabaFon" operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.

Xatırladaq ki, bu, "Azercell"in Yəmən ilə ikinci rouminq müqaviləsidir. "Azercell" abonentləri hazırda Yəmənin "SpaceTel" operatorunun xidmətindən yararlanırlar.

Qeyd edək ki, indiyə kimi "Azercell Telekom" MMC 152 ölkənin mobil rabitə operatorları ilə 399 rouminq sazişi bağlayıb.

Xəbər lenti

Xəbər lenti