...

Ramazan ayı ərəfəsində "NarMobile" Gəncədə yerləşən ruhi-əsəbi internatda iftar süfrəsi açıb

Telekommunikasiya Materials 30 Avqust 2010 11:55 (UTC +04:00)
Azərbaycanın 15 regionunda keçirilən "Doğma Diyar" konsert turu çərçivəsində "NarMobile" Gəncə şəhərində yerləşən ruhi-əsəbi internatda iftar süfrəsi açıb.
Ramazan ayı ərəfəsində "NarMobile" Gəncədə yerləşən ruhi-əsəbi internatda iftar süfrəsi açıb

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycanın 15 regionunda keçirilən "Doğma Diyar" konsert turu çərçivəsində "NarMobile" Gəncə şəhərində yerləşən ruhi-əsəbi internatda iftar süfrəsi açıb.

Şirkət tərəfindən təşkil olunmuş iftar süfrəsində 115 adam iştirak edib.

Hal-hazırda "NarMobile" şəbəkəsi Azərbaycanın 80%-dək ərazisini əhatə edir. Keyfiyyətli rabitə xidməti və rahat tarif planları ilə "NarMobile" Azərbaycanın hər bir nöqtəsində arzuolunan operator sayılır. Məhz buna görə, korporativ sosial məsulliyət çərçivəsində "NarMobile" xüsusi qayğıya ehtiyacı olanlara diqqətlə yanaşır.

Sosial müdafiəyə ehtiyacı olanları dəstəkləmək, ümumiyyətlə, "Azerfon" MMC-nin sosial sərmayə siyasətinin tərkib hissəsidir və bu siyasət bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti