...

Azərbaycanın prosessinq mərkəzinə daha bir bank qoşulub

Telekommunikasiya Materials 5 Oktyabr 2010 14:20 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyəti olan "AzeriCard" Prosessinq Mərkəzinin sisteminə "Qafqaz İnkişaf Bankı" Açıq Səhmdar Cəmiyyəti qoşulub. Bu barədə prosessinq mərkəzinin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycanın prosessinq mərkəzinə daha bir bank qoşulub

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Q.Vəliyev/

Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyəti olan "AzeriCard" Prosessinq Mərkəzinin sisteminə "Qafqaz İnkişaf Bankı" Açıq Səhmdar Cəmiyyəti qoşulub. Bu barədə prosessinq mərkəzinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

"Qafqaz İnkişaf Bankı" ASC 1996-cı il aprelin 23-də Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan, Rusiya vətəndaşlarının, təşkilatların, bankların və müəssisələrin dəstəyi ilə yaradılıb.

İndi "AzeriCard" həm Azərbaycanda, həm də ondan kənarda 30-dan çox bankı prosessinqləşdirir. Onlardan 25-i beynəlxalq ödəniş sistemlərinin üzvüdür.

Mərkəz iki milyondan çox plastik kart buraxıb. "AzeriCard" sistemində üç milyona yaxın bank kartına, 1 300 bankomat və 6 minə yaxın elektron terminala xidmət göstərilir.

"AzeriCard" Azərbaycanda "MasterCard", "Visa" və "American Express" beynəlxalq ödəniş sistemləri tərəfindən tam sertifikatlaşdırılan ilk prosessinq-mərkəzdir.

Xəbər lenti

Xəbər lenti