...

"Azercell Telekom" MMC Karyera Yarmarkasında iştirak edib (FOTO)

Telekommunikasiya Materials 12 Noyabr 2010 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Oktyabrın 30-da "ABŞ Təhsilli Azərbaycan Məzunları" İctimai Birliyi (AAA) tərəfindən Amerika Mərkəzində Karyera Yarmarkası təşkil olunub.

Bu tədbirin keçirilməsinin əsas məqsədi öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdən ibarət olub.

Yarmarka zamanı iştirakçılar üçün layihə idarəetməsi, iş axtarışı, ictimai sektorda uğurlu karyera qurulması, Amerika təhsilli məzunların marketinq sahəsində işləməsi və s. mövzular üzrə sessiyalar keçirilib. Günün ikinci yarısında tələbə və məzunlar 18-ə yaxın yerli və beynəlxalq şirkətin nümayəndələri ilə görüşüblər və bu görüşlər zamanı həmin şirkətlərdə işə qəbul prosesi, mövcud vakansiyalar haqqında məlumatlar verilib. Belə ki, yarmarkada Beynəlxalq Bank, ATƏT, "Park Inn", "Procter & Gamble" şirkətləri, Qiymətli Kağızlar Komitəsi və digərləri iştirak edib.

Bir gün davam edən Karyera Yarmarkasında gənclərə daim dəstək olan "Azercell Telekom" MMC-nin təmsilçisi də iştirak edib.

İnsan qaynaqları şöbəsinin əməkdaşı "Azercell"də işə qəbul və şirkətin elan etdiyi təqaüd proqramı haqqında məlumat verib, məzunları maraqlandıran sualları cavablandırıb.

"Azercell Telekom" MMC daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq "Azercell"in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, "Azercell"in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir və Karyera Günlərinin sonunda şirkətdəki vakant vəzifələr üçün CV-lər toplanılır.

Karyera Yarmarkasının ən maraqlı məqamlarından biri də Azercell-in təşəbbüsü ilə 150-yə yaxın tələbənin iştirak etdiyi tədbirin iştirakçıları arasında lotereya oyununun təşkil edilməsi olub. Belə ki, şirkət haqqında sualları doğru cavablandıran 3 tələbə "İpod Nano" qazanıb.

Xəbər lenti

Xəbər lenti