...

Kabel televiziyası üzrə beynəlxalq Bakı konfransının yekunları geniş rezonans doğurub

Telekommunikasiya Materials 10 Dekabr 2010 13:57 (UTC +04:00)
Rusiya Kabel Operatorları Assosiasiyasının (RKTA) prezidenti Yuri Pripaçkin Bakıdan qayıtdıqdan sonra "Rusiya-24" telekanalına müsahibə verib.
Kabel televiziyası üzrə beynəlxalq Bakı konfransının yekunları geniş rezonans doğurub

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Ötən həftə Bakıda Milli Televiziya və Radio Şurası və Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) təşkil etdiyi "Azərbaycanda kabel televiziyasının inkişafı: Nailiyyətlər və perspektivlər" beynəlxalq konfransı keçirilib.

Konfransın işində səkkiz ölkədən telekommunikasiya bazarının bu seqmentinin nümayəndələri iştirak ediblər.

Rusiya Kabel Operatorları Assosiasiyasının (RKTA) prezidenti Yuri Pripaçkin Bakıdan qayıtdıqdan sonra "Rusiya-24" telekanalına müsahibə verib. Həmin müsahibədə o, digər məsələlərlə yanaşı Bakı konfransı barədə də danışıb, Azərbaycan kabel televiziyası operatorlarının uğurlu fəaliyyətini qeyd edib.

Müsahibədə Bakıda Avrasiya Kabel Televiziyası Assosiasiyasının (AKTA) yaradılmasına dair niyyət protokolunun imzalanmasına xüsusi diqqət ayrılıb. Sənədi səkkiz ölkənin 14 strukturunun rəhbərləri imzalayıblar.

RKTA prezidenti bu beynəlxalq qurumun yaradılmasının müxtəlif ölkələrdəki assosiasiyaların yaxınlaşması, onlar arasında təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu ifadə edib.

Azərbaycan Kabel Operatorları Assosiasiyasının prezidenti Samir Qurbanovun Trend-ə bildirdiyi kimi, onun rəhbərlik etdiyi assosiasiya ölkənin bütün kabel televiziyası operatorları, eləcə də telekommunikasiya bazarının digər strukturları üçün də açıqdır. O, assosiasiyanın təkcə Azərbaycan iqtisadiyyatının bu sektorunun strukturları arasında deyil, həm də respublikadakı telekommunikasiya bazarının operatorları ilə AKTA-ya daxil olan bir çox ölkələrin analoji strukturları arasında qarşılıqlı səmərəli münasibətlərin qurulmasında rolunu qeyd edib.

AKOA prezidenti Samir Qurbanov AKTA-nın yaradılması üzrə Təşkilat Komitəsinin tərkibinə daxildir.

RTKA prezidenti Y.Pripaçkinin "Rusiya-24" telekanalına tam müsahibəsinə aşağıdakı saytda baxmaq olar: http://www.vesti.ru/doc.html?id=412682#video_wrap

Xəbər lenti

Xəbər lenti