...

Azərbaycan istifadəçiləri yeni Internet Explorer 9 brauzerinin reliz-namizədini yükləyə bilərlər

Telekommunikasiya Materials 14 Fevral 2011 16:32 (UTC +04:00)
"Microsoft" korporasiyası yeni İnternet Explorer 9 brauzerinin reliz-namizədini buraxıb. Bu barədə bazar ertəsi "Microsoft Azerbaijan"ın məlumatında deyilir.
Azərbaycan istifadəçiləri yeni Internet Explorer 9 brauzerinin reliz-namizədini yükləyə bilərlər

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir H.Vəliyev/

"Microsoft" korporasiyası yeni İnternet Explorer 9 brauzerinin reliz-namizədini buraxıb. Bu barədə bazar ertəsi "Microsoft Azerbaijan"ın məlumatında deyilir.

Azərbaycan istifadəçiləri həmin versiyanı http://www.microsoft.az saytından yükləyə bilərlər.

IE9 reliz-namizədi saytlara daha yaxşı görünməyə və işləməyə, məxfi məlumatları daha effektiv şəkildə qorumağa imkan verən sürətli brauzer konsepsiyasına tam uyğun olan bir sıra mühüm yenilikləri daxil edir.

Yeni versiyada əlavə veb-standartların və HTML5-in, o cümlədən geolokasiyaların, semantik nişanların və WebM videonun (əgər müvafiq kodek quraşdırılıbsa) dəstəklənməsi imkanı var.

Şirkətin dekabr ayında elan etdiyi izlənmədən qorunma texnologiyası (Tracking Protection) yeni versiyada tətbiq edilib.

"İzlənmədən qorunma" (Tracking Protection) sistemi istifadəçinin razılığı olmadan veb-saytlara fərdi məlumatları toplamağa (məsələn, IP vasitəsilə) imkan vermir. İstifadəçi həmçinin arzuolunmaz saytları blok edə bilər: onlar haqqında məlumatları Tracking Protection siyahısına daxil etmək kifayətdir. Həmin siyahıda etibar etdiyiniz saytları da göstərə bilərsiniz.

IE9 brauzerində müasir veb-standartların dəstəklənməsi təkmilləşdirilib, həmçinin Geolocation API spesifikasiyasına uyğun olan veb-proqamlara qurğunun coğrafi məkanını təyin etməyə imkan verən geolokasiya alətləri reallaşdırılıb.

Xəbər lenti

Xəbər lenti