Azərbaycan, Bakı, 21 fevral /Trend/
Azərbaycanın simsiz rabitə operatoru Bakcell şirkətinin şəbəkəsində MMS (Multimedia Messaging Service) xidməti işə salınıb.
Xidməti aktivləşdirmək üçün 5950 nömrəsinə boş məlumat göndərmək lazımdır.
Məlumat göndərilən zaman 055 prefiksini yığmaq lazımdır.
MMS-məlumatın qiyməti 40 kontur təşkil edir.
Bakcell 1994-cü ildə yaradılıb və Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir.
Şəbəkənin inkişafına əhəmiyyətli dərəcədə investisiyalar qoyan Bakcell hazırda əhalinin 95 faizindən çoxunu əhatə edir, şəbəkə ölkə ərazisinin 82 faizini əhatə edir.
Bakcell-in aktiv abonentlərinin sayı 2,5 milyona çatıb.