...

Müəllif hüququna əsaslanan sənayenin Azərbaycan ÜDM-ə töhfəsi 3,6 faizdir - agentlik rəhbəri

Telekommunikasiya Materials 26 Aprel 2011 16:50 (UTC +04:00)
Azərbaycanın Müəllif Hüquqları Agentliyinin apardığı tədqiqatlara əsasən, müəllif hüququna əsaslanan sənayenin Azərbaycan ÜDM-ə töhfəsi 3,6 faizdir.
Müəllif hüququna əsaslanan sənayenin Azərbaycan ÜDM-ə töhfəsi 3,6 faizdir - agentlik rəhbəri

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Müəllif Hüquqları Agentliyinin apardığı tədqiqatlara əsasən, müəllif hüququna əsaslanan sənayenin Azərbaycan ÜDM-ə töhfəsi 3,6 faizdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı agentlik rəhbəri Kamran İmanov deyib.

İmanovun sözlərinə görə, tədqiqatda "Solou" iqtisadi-riyazi modelindən istifadə olunub. Onun fərqləndirici cəhəti ondan ibarətdir ki, müəllif texniki irəliləyişdən istehsalın əmək və kapital faktorları ilə bərabər iqtisadi artım faktoru kimi istifadə edir. Model yuxarıda göstərilən 3 faktorun iqtisadi artıma təsirini təsvir edir.

"2004-cü ildə iqtisadiyyatın artım templəri bilik sayəsində yalnız 7 faiz təmin edilirdisə, 2008-ci ildə bu göstərici 20,3 faizdən çox olub. İnkişaf etmiş ölkələrdə bu göstərici 4 faizdən 12 faizədəkdir", - İmanov qeyd edib.

Agentlik rəhbəri hesab edir ki, Azərbaycanın artmaqda olan iqtisadiyyatının bilik iqtisadiyyatına səmti bütün sahələrdə baş verir. Azərbaycan stabil iqtisadi artıma malikdir. Orada, ilk növbədə, son tədqiqatın göstərdiyinə görə, əqli mülkiyyət, müəllif hüquqlarının qorunması və təmini ilə bağlı məsələlər böyük rol oynayır.

Xəbər lenti

Xəbər lenti