Azərbaycan, Bakı, 13 may /Trend/
Artıq KATV1 kabel televiziyasının rəqəmsal yayım xidmətindən istifadə edən abunəçilər "Visa" və "Master Card" plastik kartları ilə internet vasitəsilə, yaxud bank filiallarında abunə haqlarını ödəyə bilərlər. Bu, Azərbaycanda ilk onlayn-ödəniş provayderi olan "GoldenPay" şirkəti ilə əməkdaşlıq nəticəsində mümkün olub.
KATV1 bu növ ödəniş imkanlarını təqdim edən ilk klassik kabel televiziya operatorudur.
İnternet vasitəsilə ödəniş etmək üçün www.katv1.az saytına daxil olaraq "Sposobı oplatı" bölümünə keçmək lazımdır.
Xidmət haqqını aşağıda göstərilmiş bankların filiallarında da ödəmək mümkündür:
DəmirBank, UniBank, Expressbank, ASB Bank, AzərTürkBank, RabitəBank, XalqBank, MuğanBank, Bank of Azerbaijan, Bank Standard, AGBank, NikOil Bank, SW Bank, NBC Bank, Amrah Bank, KapitalBank, RoyalBank, AtaBank, Bank Respublika, Bank of Baku, ParaBank, TexnikaBank, TuranBank, YapıKrediBank.
Yeni vasitələrlə xidmət haqqını ödəmək istəyən abunəçilər şəhər telefonlarından 127 nömrəsinə zəng edərək öz tanınma kodlarını (ID kod) öyrənməlidirlər.
Yeni ödəniş imkanlarından yalnız rəqəmsal yayım abunəçiləri istifadə edə bilərlər.
Ətraflı məlumat üçün şəhər telefonlarından 127 (zənglər pulsuzdur) nömrəsinə zəng etmək olar.
Xidmətlərin yeni ödəmə üsullarını təqdim etməklə KATV1 kabel televiziyası operatoru öz abunəçiləri üçün şəbəkədən istifadəni daha rahat edib. Yeni ödəmə üsulları şirkətin ödəmə xidməti sistemini son dərəcə asanlaşdırır. İndi kabel televiziyasının ödəmə xidmətini vaxtdan və ərazidən asılı olmayaraq, ani həyata keçirmək mümkündür.
Öz tanınma şifrəsini öyrənmək üçün abunəçi KATV1 şirkətinin ofisinə 127 nömrəli telefonla (zəng pulsuzdur) müraciət etməlidir.
KATV1 kabel televiziyası operatoru öz əhatə zonasının hər gün genişləndirir. Hazırda şirkət Bakı şəhərinin 11 rayonundan 9-da və Xırdalan şəhərində kabel televiziyası xidmətləri göstərir. Yaxın gələcəkdə Mingəçevir şəhərinin sakinləri də şirkətin xidmətlərindən istifadə edə biləcəklər.
"GoldenPay" ilk və təhlükəsiz internet ödəmə sistemi kimi, 50-dən artıq Azərbaycan şirkətinə xidmət göstərir. Fəaliyyət üçün "GoldenPay" aparıcı beynəlxalq ödəmə sistemləri olan "Visa International" və "MasterCard" tərəfindən lisenziya alıb. Sistemdə dünyanın istənilən bankı tərəfindən emissiya olunmuş VISA/VISA Electron, MasterCard/Maestro kartları ilə ödəniş etmək mümkündür. Sistemin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə "VeriSign" SSL şifrələnməsindən istifadə olunur.